Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış etdi

Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış etdi
29.07.2025 21:10

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən xəbərə görə, tədbirdə çıxış edən Milli Məclisin sədri deyib ki, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər.

Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır.

Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu Konfransda fəal iştirak ortaq baxışı və qətiyyəti əks etdirir.

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib.

Spiker Sahibə Qafarova bildirib ki, mədəniyyətlər arasında dialoqun təşviq olunması ümumi məqsədlərimizin həyata keçirilməsində güclü rol oynayır. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdir ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin edib. Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Bütün Xəbərlər