Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin rəhbəri ilə görüşdü

Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin rəhbəri ilə görüşdü
24.09.2025 23:24

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə qlobal investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirdi. O, həmçinin Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd etdi.

Görüşdə “Franklin Templeton”un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulandı.

Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq, mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını dedi. Dövlətimizin başçısı bu şirkətin alternativ investisiya sahəsindəki təcrübəsinin və xüsusilə region ölkələrində həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətinə toxunaraq, bu xüsusda geniş qarşılıqlı əməkdaşlıq imkanlarının olduğunu vurğuladı.

Qeyd edək ki, 1947-ci ildə ABŞ-də təsis edilən “Franklin Templeton” hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər