Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi
09.02.2026 13:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.

Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi — 1
Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi — 2
Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi — 3
Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi — 4
Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi — 5
Prezident İlham Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul etdi — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər