Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18.08.2026 15:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Normanı qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Çıxışına Azərbaycan dilində başlayan Dunkan Norman deyib: “Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram”.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğulayıb.

Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini deyib, təhsil sahəsində əlaqələri qeyd edib və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini deyib.

Dunkan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırladıb.

Dövlət başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzulayıb, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini deyib.

Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlət başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirib.

Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirib, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd edib.

Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.

Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlət başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 “Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib 14:44 Zədələrə fasilə: Alkaras və Rune birlikdə məşq edərək güc topladılar 14:35 Süni intellektin hazırladığı qanun qəbul oluna bilər? Vaşinqtonda gözlənilməz təhlükə 14:26 AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı 13:55 ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi 13:49 Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək 13:36 Bütün Xəbərlər