Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət etdi

Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət etdi
18.10.2025 01:23

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.

TodayPress TV xəbər verir ki, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.

Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.

Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci ildə Papa IV Sikstus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar, inkunabullar (XV əsrə aid kitablar), xəritələr, qravürlər və yazılı sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi araşdırmaları üçün açıqdır.

Vatikan Apostol Arxivi Müqəddəs Taxt-Tacın əsrlər boyu topladığı rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə cəmləşdirir. Uzun illər "Gizli Vatikan Arxivi" kimi tanınan bu məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək Vatikan Apostol Arxivi adlandırılıb.

Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan Apostol Arxivində IX əsrdən günümüzədək olan dövrə aid sənədlər toplanıb. Bu arxiv Katolik Kilsəsinin yaddaşı hesab olunur. Onun funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik münasibətlərinin gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir. Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt tərəfindən idarə olunur.

Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər