İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı
18.06.2026 18:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç səfiri Tobias Lorentzsonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, post-münaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir ölkədə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır 19:20 Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü 19:16 Prezident: Bu gün sülh artıq reallıqdır 19:08 İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçiridi 18:54 İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır 18:47 Rutte elan etdi: Alyansda tarixi transformasiya – "NATO 3.0" qurulur 18:12 ABŞ-İran sazişinin baş vasitəçisinin İsveçrəyə səfəri LƏĞV EDİLDİ 18:19 Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq 18:08 İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı 18:05 Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı? 17:37 Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir... 17:53 Sertifikasiya üzrə test imtahanı davam edir - Neçə nəfər iştirak edib? 17:49 Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi 17:30 Yulafın faydaları və gündəlik qidalanmada düzgün istifadəsi 16:00 Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək 17:25 Ejder Yalçın: Müasir mina və RPG qorunmasının etibarlı nümunəsi 17:20 "Qarabağ" "Zirə" ilə qarşılaşacaq 17:05 Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür 16:55 Rusiyanın "qara günü" - Neft yağışının tükürpədən kadrları 16:45 Ermənilər Gümrüdə Sovet abidəsinə nə etdilərsə - Rusiya nota yolladı 16:45 Qulaqda küy niyə yaranır? Tinnitusun mümkün səbəbləri və yardım yolları 15:55 Ruslar Bakıda bu suala cavab axtarır: Azərbaycanla münasibətləri necə inkişaf etdirə bilərik? 16:35 Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar? 16:18 17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi 16:02 Zelenski Rusiyanın "atasına od qoyur" - Napoleondan 214 il sonra Moskvanı yandırdılar 15:49 Bütün Xəbərlər