Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü

Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü
18.06.2026 19:16 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər son illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə enerji sahəsinin Azərbaycan–Rumıniya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə tərəfdaşlığın inkişafı imkanları nəzərdən keçirilib. Nəqliyyat-kommunikasiya, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində mövcud potensial müzakirə olunub.

C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti barədə məlumat verərək, investorlar üçün yaradılmış imkanları diqqətə çatdırıb. Bu çərçivədə, Ələt Azad İqtisadi Zonasının regional ticarət və logistika mərkəzi kimi artan rolundan bəhs olunub və rumıniyalı şirkətlərin burada fəaliyyət imkanları qeyd edilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Netanyahudan qəti qərar: İsrail ordusu Cənubi Livandan çıxmayacaq - səbəbini açıqladı 20:27 Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi 20:28 Azərbaycan və Latviya arasında strateji dialoqun növbəti iclası keçirildi 20:05 Vens İsveçrəyə nə vaxt gedəcəyini AÇIQLADI 20:15 Uşakov: Türkiyə Ukrayna üzrə danışıqlar üçün platforma təmin etməyə hazırdır 20:00 Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi 19:59 ABŞ və İranın sülh sazişi neft qiymətlərini aşağı saldı 19:36 London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır 19:20 Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü 19:16 Prezident: Bu gün sülh artıq reallıqdır 19:08 İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçiridi 18:54 İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır 18:47 Rutte elan etdi: Alyansda tarixi transformasiya – "NATO 3.0" qurulur 18:12 ABŞ-İran sazişinin baş vasitəçisinin İsveçrəyə səfəri LƏĞV EDİLDİ 18:19 Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq 18:08 İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı 18:05 Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı? 17:37 Blinken Trampı yıxıb-sürüdü - heçnə edə bilmədin, rejim öz yerindədir... 17:53 Sertifikasiya üzrə test imtahanı davam edir - Neçə nəfər iştirak edib? 17:49 Kərim Vəliyev MDB Komitəsinin iclasında iştirak etdi 17:30 Yulafın faydaları və gündəlik qidalanmada düzgün istifadəsi 16:00 Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək 17:25 Ejder Yalçın: Müasir mina və RPG qorunmasının etibarlı nümunəsi 17:20 "Qarabağ" "Zirə" ilə qarşılaşacaq 17:05 Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür 16:55 Bütün Xəbərlər