Ceyhun Bayramov: “Azərbaycan müharibələr fonunda prinsipial xəttini qoruyur”

Ceyhun Bayramov: “Azərbaycan müharibələr fonunda prinsipial xəttini qoruyur”
26.12.2025 16:22

“Rusiya-Ukrayna müharibəsi açıq fazaya qədəm qoyduqdan sonra Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə balanslı və konstruktiv münasibətləri qoruyub saxlaya bilib”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycan hər zaman beynəlxalq hüququn tərəfində olub və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Onun sözlərinə görə, ölkəmiz prinsipial mövqeyini ardıcıl şəkildə qoruduğuna görə tərəflər də bu yanaşmanı anlayışla qarşılayıblar. Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın Rusiya ilə münasibətlərində yaranmış gərginlik müharibə ilə deyil, təyyarə qəzası ilə bağlı olub.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın Fələstinlə münasibətləri, bu ölkəyə göstərilən davamlı humanitar yardım və Fələstin dövlətinin hüquqlarının dəstəklənməsi ayrıca və mühüm mövzudur. Azərbaycan bu istiqamətdə də beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyur.

“Azərbaycan dünya ölkələri arasında İsraillə münasibətləri yüksək səviyyədə olan dövlətlərdən biridir. Bununla yanaşı, ölkəmiz bu məsələdə də prinsipial mövqeyindən geri çəkilmir və beynəlxalq hüququn tələblərinə sadiq qalır. Belə balanslı və prinsipial siyasəti həyata keçirmək asan deyil; əgər asan olsaydı, bütün dövlətlər bunu bacarardı. Hazırda həm Rusiya və Ukrayna, həm də həm İsrail, həm Fələstinlə eyni zamanda yaxşı münasibətlər saxlayan ölkələrin sayı çox azdır”, - deyə XİN rəhbəri əlavə edib. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 Bütün Xəbərlər