D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək

D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək
20.06.2026 04:00 Dünya

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Komissiyasının Ankarada keçirilən 51-ci sessiyasının iştirakçıları birliyin Cakartada (İndoneziyanın paytaxtı) keçiriləcək sammitinə hazırlığı, təşkilatda mümkün islahatları və iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

 TodayPress TV D-8-in bəyanatına istinadən xəbər verir ki, iclas Misirin sədrliyi ilə iyunun 15-17-də Türkiyənin paytaxtı Ankarada keçirilib.

Görüş zamanı D-8-ə üzv dövlətlərin komissarları və yüksək vəzifəli nümayəndələri təşkilatın baş katibi Suhail Mahmudun katibliyin 2026-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabatını nəzərdən keçiriblər. Ticarət, energetika, turizm, kənd təsərrüfatı, elm və texnologiyaların inkişafı, kiçik və orta biznesə dəstək, gənclər siyasəti, nəqliyyat və kommunikasiya məsələlərinə xüsusi diqqət yetirilib.

"İştirakçılar həmçinin D-8-in Cakartada keçiriləcək 12-ci sammitinə hazırlığı, təşkilatda mümkün islahatları və qurumun institusional potensialının gücləndirilməsi üzrə tədbirləri, maliyyə və inzibati məsələləri, eləcə də D-8-in 2020-2030-cu illər üçün Yol Xəritəsinin icrasını müzakirə ediblər", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, komissiya Misirin D-8 Güzəştli Ticarət Sazişini və Mübahisələrin Həlli Mexanizmini ratifikasiya etmək qərarını alqışlayıb və bu addımın iqtisadi inteqrasiyanın dərinləşməsinə, eləcə də birlik ölkələri arasında qarşılıqlı ticarətin artmasına təkan verəcəyini vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Bütün Xəbərlər