"Bakı Fəaliyyətə Çağırışı": Azərbaycanın təcrübəsi müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunəsidir

"Bakı Fəaliyyətə Çağırışı": Azərbaycanın təcrübəsi müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunəsidir
22.05.2026 21:00

Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası üzrə təcrübəsi dünyada müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunələrindən biridir.

TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırışı"nda deyilir.

Sənəddə humanitar cavab tədbirlərini, bərpanı və uzunmüddətli inkişafı özündə birləşdirən mənzil sahəsindəki kompleks yanaşmaların zəruriliyi vurğulanıb.

Qeyd edilib ki, ailələr, ayrı-ayrı şəxslər və məcburi köçkünlər tez-tez təhlükəli və ya yararsız mənzil şəraitində yaşamaq məcburiyyətində qalırlar, bu da sonrakı yerdəyişmə, təhlükə və sosial təcrid risklərini artırır.

Bununla əlaqədar olaraq, sənəd qeyri-sabit və münaqişədən sonrakı şəraitdə şəhərlərin iqlimə davamlı və insanyönümlü bərpasına, eləcə də inkişaf və iqlim sahəsində maliyyələşdirilməyə çıxışın genişləndirilməsinə çağırır.

Sənədin mətninə əsasən, milli və yerli hakimiyyət orqanları, humanitar və inkişaf təşkilatları, eləcə də beynəlxalq qurumlar yaşayış yerlərinin və kritik mülki infrastrukturun qorunmasını təmin etməli, yerdəyişmələrin və dağıntıların qarşısının alınması mexanizmlərini gücləndirməli və bu tədbirlərə səmərəli riayət olunmasına zəmanət verməlidirlər.

"Dünyada artıq müharibədən sonrakı bərpanın əhəmiyyətli nümunələri, o cümlədən ev sahibi olan ölkənin - Azərbaycanın təcrübəsi mövcuddur", - "Bakı Fəaliyyətə Çağırışı"nda bildirilib.

Sənəd həmçinin prioritet olaraq bərpa və yenidənqurmanı, gələcəkdə isə məcburi köçkünlərin öz evlərinə qayıdışını nəzərdə tutan əlaqələndirilmiş yanaşmaya çağırır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər