ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır

ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır
04.08.2026 13:33

İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır və davamlı sülhün artıq əlçatan olduğuna inanır.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

İqnasio Kassis bildirib ki, sülh sazişinin paraflanmasından təxminən bir il sonra tərəflər yekun razılaşmanın imzalanmasına çox yaxınlaşıblar.

“İsveçrə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır. Sülh sazişinin paraflanmasından təxminən bir il sonra davamlı sülh artıq əlçatandır. Biz İsveçrə olaraq bu yolda atılan addımlara kiçik də olsa töhfə verməkdən qürur duyuruq. Azərbaycanlı həmkarımı razılaşmanın imzalanmasına imkan verəcək səyləri davam etdirməyə çağırıram. Bu hər iki ölkənin xalqları və bütövlükdə region üçün barışıq və sabitliyə aparan mühüm addım olacaq”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, İsveçrə tərəflərin müraciəti olduğu təqdirdə sülh prosesinə bundan sonra da dəstək verməyə hazırdır.

“İsveçrə ehtiyac yarandığı və tərəflər bunu istədiyi halda prosesi dəstəkləməyə hazırdır. Ölkəmizin Cənubi Qafqazda etimad quruculuğu sahəsində uzun illərə söykənən təcrübəsi var və biz bundan sonra da bu istiqamətdə töhfə verməyə hazırıq”, – deyə İqnasio Kassis əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bütün Xəbərlər