Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər

Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər
27.04.2026 15:41

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti aprelin 26-da Göygöl və Şəmkir rayonlarında olublar.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.

Şəmkir rayonuna gələn qonaqlar burada rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüblər, almanların bu rayonda məskunlaşmasının tarixi, Şəmkirdəki alman irsi barədə söhbət aparıblar. Sonra qonaqlar Şəmkirdə kilsə ilə tanış olublar, qızılgül plantasiyasına baş çəkiblər.

Qonaqları Milli Məclisin deputatı, Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və digər rəsmi şəxslər müşayiət ediblər.

TodayPress TV

FOTOLAR

Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 1
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 2
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 3
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 4
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 5
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 6
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 7
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 8
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər etdilər — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər