Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2

Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2
25.06.2026 14:47

Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

TodayPress TV Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.

Bununla yanaşı, o, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.

"Orada onlarla bina dağılıb", - Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları "çox mürəkkəb xilasetmə işləri" kimi xarakterizə edib.

Xatırladaq ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Daha əvvəl bildirilmişdi ki, Venesuelada iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər isə yaralanıb.

TodayPress TV

***

10:00

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş verən güclü zəlzələnin ağır humanitar nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirməsinə əsasən, Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında ola bilər.

Qurumun açıqlamasında qeyd olunub ki, ölənlərin sayının 100 min nəfəri keçməsi ehtimalı təxminən 30 faiz təşkil edir.

Məlumata görə, çərşənbə günü Venesuelanın şimal sahillərində baş verən güclü zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olub. Bir sıra binaların zərər gördüyü, həmçinin Karakasdakı Simón Bolivar Beynəlxalq Hava Limanında da dağıntıların qeydə alındığı bildirilir.

Zəlzələnin episentri ölkənin ən iri neft emalı müəssisələrinin yerləşdiyi bölgələrdən birinin yaxınlığında – Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşib. ABŞ Geoloji Xidmətinin son məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 olub. Daha əvvəl bu göstəricinin 7,1 olduğu bildirilmişdi.

Venesuelanın daxili işlər naziri Diosdado Kabello mümkün təkrar yeraltı təkanlar təhlükəsini nəzərə alaraq vətəndaşlara evlərini tərk etməyi və açıq ərazilərdə qalmağı tövsiyə edib.

Xilasetmə və qiymətləndirmə işləri davam edir. Hakimiyyət orqanları zərərçəkənlərin dəqiq sayı və infrastruktur itkiləri ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirir. ABŞ Geoloji Xidmətinin təqdim etdiyi rəqəmlər isə hazırda yalnız ehtimal xarakterli proqnoz hesab olunur.

TodayPress TV

***

10:00

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges məlumat verib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Ən çox zərər çəkən bölgə La-Quayra ştatı olub. Burada onlarla bina dağılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, yaxın saatlarda beynəlxalq yardım qruplarının bölgəyə çatacağı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 “Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib 14:44 Zədələrə fasilə: Alkaras və Rune birlikdə məşq edərək güc topladılar 14:35 Süni intellektin hazırladığı qanun qəbul oluna bilər? Vaşinqtonda gözlənilməz təhlükə 14:26 AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Bütün Xəbərlər