Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ

Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ
25.06.2026 10:00

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş verən güclü zəlzələnin ağır humanitar nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirməsinə əsasən, Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında ola bilər.

Qurumun açıqlamasında qeyd olunub ki, ölənlərin sayının 100 min nəfəri keçməsi ehtimalı təxminən 30 faiz təşkil edir.

Məlumata görə, çərşənbə günü Venesuelanın şimal sahillərində baş verən güclü zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olub. Bir sıra binaların zərər gördüyü, həmçinin Karakasdakı Simón Bolivar Beynəlxalq Hava Limanında da dağıntıların qeydə alındığı bildirilir.

Zəlzələnin episentri ölkənin ən iri neft emalı müəssisələrinin yerləşdiyi bölgələrdən birinin yaxınlığında – Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşib. ABŞ Geoloji Xidmətinin son məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 olub. Daha əvvəl bu göstəricinin 7,1 olduğu bildirilmişdi.

Venesuelanın daxili işlər naziri Diosdado Kabello mümkün təkrar yeraltı təkanlar təhlükəsini nəzərə alaraq vətəndaşlara evlərini tərk etməyi və açıq ərazilərdə qalmağı tövsiyə edib.

Xilasetmə və qiymətləndirmə işləri davam edir. Hakimiyyət orqanları zərərçəkənlərin dəqiq sayı və infrastruktur itkiləri ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirir. ABŞ Geoloji Xidmətinin təqdim etdiyi rəqəmlər isə hazırda yalnız ehtimal xarakterli proqnoz hesab olunur.

TodayPress TV

***

10:00

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges məlumat verib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Ən çox zərər çəkən bölgə La-Quayra ştatı olub. Burada onlarla bina dağılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir, yaxın saatlarda beynəlxalq yardım qruplarının bölgəyə çatacağı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi 11:29 İki ardıcıl zəlzələ binaları tabuta çevirdi, dünya köməyə qaçdı Düşmənlik kənarda qaldı... 11:29 Metroda qatarların hərəkət qrafiki bu səbəbdən dəyişdiriləcək 11:23 Ukrayna Rusiyanın "qəlbi"nə zərbələri davam etdirir - VİDEO 11:17 Azərbaycan Mozambiki təbrik etdi 11:09 "Toxumçuluq haqqında" qanun layihəsi müzakirə edilir 11:05 “NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO 10:58 Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda! 10:51 7.5 ballıq zəlzələ buzları əritdi - Tramp bu dəfə də fəlakəti fürsətə çevirdi 10:47 Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir 10:44 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI 10:38 Qarabağda separatçıları dəstəkləyirdilər, Çeçenistanda qətliama əl çalırdılar – İndi hansı maskanı taxıblar? 10:34 Azərbaycan neft bazarında azalma davam edir - SON QİYMƏTLƏR 10:29 DÇ-2026-da pley-offa yüksələn 13 komanda bəlli oldu 10:21 Xahiş edirəm, icazə verin gəlim... - Papoyan Əlixanova məktub yolladı 10:08 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 10:00 Dənizdə batanlardan sonuncu şəxsin meyiti tapıldı 09:54 XİN Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik etdi 09:46 Neft birjalarında azalma davam edir 09:33 Venesuelada təbii fəlakət: Dağıntılar artır, hava limanı bağlandı - VİDEO 09:16 Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi 09:04 Rusiyanın neft infrastrukturu yenidən hədəfdə - VİDEO 08:56 Venesuelada dəhşətli zəlzələ: Tramp bütün qurumlara təcili hazırlıq əmri verdi 08:44 Qarabağa qayıdış davam edir[[ - Növbəti köç karvanı yola salındı ]] 08:32 DÇ-2026: Meksika və Cənubi Afrika Respublikası növbəti mərhələyə yüksəldi 08:09 Bütün Xəbərlər