Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş

Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş
23.06.2025 16:55

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirilməsindən iki gün əvvəl ictimaiyyətə qərar vermək üçün "iki həftəsi olduğunu" bəyan etsə də, həmin vaxt artıq hücum planı icraya başlanmışdı.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-nin "B-2" tipli strateji bombardmançı təyyarələri İran hava məkanında radarlara yaxalanmadan uçuş həyata keçirərək, öncədən planlaşdırılmış zərbələri endirib. Trampın müşavirləri bu addımı həm medianı, həm də İran tərəfini çaşdırmağa yönəlmiş strateji gediş kimi dəyərləndiriblər.

Əməliyyatın təfərrüatları

"Operation Midnight Hammer" (Gecəyarısı çəkici əməliyyatı) adı verilən bu hücum ABŞ tarixində "B-2" bombardmançıları ilə keçirilmiş ən böyük əməliyyat kimi qeydə alınıb. Tramp hücum qərarını Kanadada keçirilən G7 sammitində olarkən verib və əməliyyatın icrasına şəxsən nəzarət edib.

Ölkənin müdafiə naziri Pit Heqset əməliyyatı başlatmaq göstərişini aldıqdan dərhal sonra təyyarələr Missuridəki bazadan havaya qalxıb. Tramp hücum anında Nyu Cersidəki qolf klubunda olsa da, “səssizlik nöqtəsi” adlanan mərhələyə çatmazdan əvvəl son təsdiqini verib və daha sonra Vaşinqtona qayıdaraq prosesi Ağ Evin “Situasiya otağından” izləyib.

Diplomatik səylər və tam məxfilik

Zərbədən əvvəl Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəsilə İranla gizli danışıqlar təşəbbüsü göstərib. İstanbulda keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin təhlükəsizlik səbəbi ilə gizlənməsi səbəbindən baş tutmayıb.

Rəsmi Vaşinqton bəyan edib ki, əməliyyatın məqsədi İranın nüvə proqramını sıradan çıxarmaq olub, rejim dəyişikliyi məqsədi daşımayıb. Əməliyyatla bağlı Ağ Ev administrasiyasında yalnız məhdud sayda şəxs məlumatlı olub və bu müddət ərzində heç bir məlumat sızması baş verməyib.

Nəticə və mesaj

ABŞ diplomatiya qapılarını tam bağlamayıb. Hücum zamanı Trampın xüsusi elçisi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın məhdud xarakter daşıdığını və Vaşinqtonun danışıqlara açıq olduğunu bildirib.

Sonda qeyd olunub ki, Tramp bir tərəfdən İranın nüvə ambisiyalarına qarşı güc nümayiş etdirir, digər tərəfdən isə Tehrana diplomatik danışıqlara qayıtmaq üçün siqnal verir.

Töhfə Səməd

FOTOLAR

Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş — 1
XƏBƏR LENTİ
13 AVQUST 2026
Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Bütün Xəbərlər