Tramp Venesuelada gizli hərbi əməliyyatlar keçirilməsinə icazə verdi

Tramp Venesuelada gizli hərbi əməliyyatlar keçirilməsinə icazə verdi
19.11.2025 11:42

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli hərbi əməliyyatlar keçirməsinə icazə verib.

TodayPress TV xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilib ki, Tramp son vaxtlar gərginlik yaşadığı Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlıq üçün əlavə tədbirləri təsdiqləyib. Həmçinin Trampın Karakas administrasiyası ilə qeyri-rəsmi danışıqların yeni mərhələsini təsdiqlədiyi və bu danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduronun istefa edə biləcəyinə işarə etdiyi iddia edilib.

Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün ordudan istifadənin artırılması və daha effektiv istifadə edilməsi barədə göstəriş verib. Bu kontekstdə ABŞ avqustun sonlarında sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələrini Venesuela sahillərinə göndərib.

Buna cavab olaraq Venesuela prezidenti Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.

ABŞ-nin Venesuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm yerli hökumətin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, bəziləri isə hücumların “beynəlxalq hüquqa zidd” olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ-nin “narkotik ticarəti ilə mübarizə” səbəbi ilə göndərdiyi dünyanın ən böyük təyyarə gəmisi "USS Gerald R. Ford" və hücum qrupunun Latın Amerikası bölgəsinə çatdığı bildirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Ağ Evdən gözlənilməz qərar: İranla danışıqlar davam edəcək 00:05 Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu 21:49 600 milyon dollarlıq narkotik yandırıldı 21:16 Venesuelada dəhşətli zəlzələ: 50 mindən çox insan itkin düşdü 22:00 Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA 21:58 Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar 21:30 Ermənistan ordusunun hərbi qulluqçusu ölüb 22:52 İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO 22:46 Tramp Avropanı tariflərlə HƏDƏLƏDİ 22:22 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq" 22:37 Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi 22:18 Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi 22:14 Hakan Fidan: Müdafiə sənayesi artıq NATO üçün strateji prioritetdir 21:53 Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı 22:02 "Turan Tovuz" onunla yeni müqavilə imzaladı 21:19 Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı 21:38 Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA 21:33 Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO 21:08 Kremldən yeni qanun: Orduda xidmət edən əcnəbilər deportasiya edilməyəcək 20:40 Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp 20:34 Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı 20:27 Tramp İranı atəşkəsi pozmaqda İTTİHAM ETDİ 20:21 Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ 20:06 DÇ-2026 tarixin ən çox tamaşaçı toplayan çempionatı oldu 20:01 Zavodda partlayış baş verdi, ölən var 19:29 Bütün Xəbərlər