Tailand-Kamboca qarşıdurması: Detallar açıqlandı

Tailand-Kamboca qarşıdurması: Detallar açıqlandı
24.07.2025 10:45

Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarələri, Kamboca ilə sərhəddəki gərginliyin eskalasiyası fonunda Kamboca ordusunun mövqelərinə hava zərbəsi endirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Məlumata görə, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 - red.) Tailand Hava Qüvvələrinin təyyarələri, Preahvihear vilayətindəki mübahisəli sərhəd zonasındakı Kamboca mövqelərini hədəfə alıb. Bu, qarşıdurma çərçivəsində hava qüvvələrinin ilk təsdiqlənmiş istifadəsi kimi qiymətləndirilir.

Qarşıdurmalar səhər saat 07:30-da (Bakı vaxtı ilə 04:30 - red.) Oddar-Meançeay vilayətində, mübahisəli sərhəd yaxınlığında başlayıb. Yerli sakinlər qəzetə bildiriblər ki, ərazidə şiddətli atışma və partlayış səsləri eşidilib, bu da hər iki tərəfin ağır silahlardan istifadə etdiyini göstərir.

Hazırda hər iki ordu sərhəd mövqelərini gücləndirir, vəziyyət isə gərgin olaraq qalır.

Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Mali Soçheat bəyan edib ki, Kamboca ordusu yalnız özünümüdafiə məqsədilə hərəkət edir. Onun sözlərinə görə, Tailandın təhrik olunmamış hücumu ölkənin ərazi bütövlüyünü pozub və Kamboca buna cavab vermək məcburiyyətində qalıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 Bütün Xəbərlər