ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artır

ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artır
02.02.2026 12:48

"Son illərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artmaqdadır və bu, istənilən vahid valyutadan asılılığı azaltmağa kömək edir".

TodayPress TV xəbər verir ki, bu fikirləri ŞƏT-in Baş katibi Nurlan Yermekbayev “RİA”ya verdiyi müsahibəsində deyib.

Yermekbayev bildirib ki, son illərdə ŞƏT daxilində hesablaşmalarda milli valyutaların payı durmadan artır ki, bu da iqtisadi əlaqələrin möhkəmləndirilməsində və istənilən valyutadan asılılığın azaldılmasında mühüm rol oynayır. Bir sıra ŞƏT ölkələri artıq hesablaşmalarda milli valyutalardan fəal şəkildə istifadə edirlər.

“2022-ci ildən 2025-ci ilə qədər tərəflər bu məqsədlə ŞƏT Üzv Dövlətlərinin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə Yol Xəritəsini həyata keçiriblər”, - deyə baş katib qeyd edib.

Lakin, onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı üçün vahid valyuta məsələsi gündəmdə deyil, prioritet çevik ödəniş sisteminin yaradılmasıdır:

“Prioritet üzv dövlətlərin ehtiyaclarına əsaslanacaq və ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsinə kömək edəcək çevik, davamlı və şaxələndirilmiş ödəniş sisteminin yaradılması olaraq qalır".

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təsis edilmiş beynəlxalq təşkilatdır. Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan quruma üzv ölkələrdir. Azərbaycan, Əfqanıstan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Laos, Maldiv adaları, Monqolustan, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə ŞƏT-ə tərəfdaş ölkələrdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Qızılı dadmaq istədi, 50 qramlıq külçəni uddu 01:42 5 ildən sonra yenidən ortaya çıxdı - ABŞ-də təhlükəli virus 01:47 20 trilyondan 40 trilyona: ABŞ-nin dövlət borcu rekord həddə çatdı 01:31 Tramp bütün prezidentlərdən fərqini Kim Çen In üzərindən izah etdi 01:09 Netanyahu Türkiyəyə meydan oxudu: “Suriyada buna dözməyəcəyik!” 00:45 Bu Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRDİ 00:06 Meksikada kartel lideri saxlanıldı, ölkə qarışdı - VİDEO 00:20 Kiyevə ballistik raketərlə hücum edildi - VİDEO 01:18 UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzdu - VİDEO 23:03 Şamaxıda avtomobil dərəyə aşdı: Ölən və xəsarət alan var 00:29 Hörmüz boğazına alternativ hazırlanır? - Trampdan mühüm açıqlama 00:13 ABŞ 65 gəmini marşrutundan döndərdi 23:48 Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!" 23:39 “Avropanın Azərbaycana ehtiyacı var!” - Sabiq Ukrayna Prezidenti 23:18 Kamçatkada 5,6 maqnitudalı zəlzələ baş verdi 23:06 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Bütün Xəbərlər