Quterreş narahatlığını bildirdi: "Ekzistensial təhlükə yaranıb!"
"Baş katib işğal altındakı Qərb Şəriyədən gələn xəbərlər qarşısında dərin narahatlıq keçirir".
TodayPress TV xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda keçirilən gündəlik mətbuat konfransında deyib.
O, bu narahatlığın xüsusilə Qərb Şəriyənin şimalı ilə cənubu arasındakı əlaqəyə dair inkişaflar və onların yaradacağı nəticələrlə bağlı olduğunu vurğulayıb. Düjarrik, Baş katib Antonio Quterreşin bu vəziyyətin iki dövlətli həll üçün “ekzistensial təhlükə yaratdığına” dair qiymətləndirməsini çatdırıb.
Sözçü bildirib ki, Quterreş İsraili bu məsələdə “başqa hər hansı addım atmaqdan çəkinməyə” və Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli rəyi əsasında müvafiq BMT qətnamələrinə uyğun hərəkət etməyə çağırıb.
Aysel Mətləb