Rusiyalı deputat: "Trampın qərarı Rusiya üçün yeni təhdid deyil"

Rusiyalı deputat: "Trampın qərarı Rusiya üçün yeni təhdid deyil"
02.08.2025 09:15

ABŞ Prezidenti Donald Trampın iki atom sualtı qayığını “müvafiq bölgələrə” göndərmək əmri Rusiya üçün yeni təhlükə hesab edilmir.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev "TASS"a açıqlamasında bildirib.

O deyib ki, ABŞ-nin hərbi-dəniz qüvvələrinin dislokasiyası Rusiya tərəfinə əvvəldən məlumdur və sualtı qayıqların yerləşmə yerləri raket və strateji bombardmançıların uçuş tapşırıqlarına daxil edilib.

İvlevin sözlərinə görə, ABŞ hələ Sovet dövründən başlayaraq müxtəlif bölgələrdə hərbi bazalar, aviadaşıyıcılar və sualtı qayıqlar yerləşdirib və bu obyektlərin döyüş imkanları Rusiya tərəfindən izlənilir. Deputat əlavə edib ki, bu tip təhdidlərə qarşı Rusiya həmişə cavab verməyə hazırdır.

Trampın bəyanatını şərh edən İvlev hesab edir ki, bu addım ABŞ-nin Ukrayna üzrə sülh danışıqlarına dözümsüzlüyünü nümayiş etdirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər 16:54 KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib 15:39 “Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj 16:46 Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 Azərbaycanlı hakimlər üçün UEFA-dan yeni mövsüm sınağı! 16:25 Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı” 15:33 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Bütün Xəbərlər