Rusiya Ukraynanın strateji raket zavodunu vurdu

Rusiya Ukraynanın strateji raket zavodunu vurdu
02.07.2026 13:01

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kiyev şəhərində “Flamingo”, FP-7 və FP-9, “Neptun-MD” raketləri üçün idarəetmə sistemləri istehsal edən “Radioniks” müəssisəsi, Ukrayna ordusunu “Lyutıy”, “Magura UA” və digər PUA-larla təmin edən “Atlon Avia” Elmi və İstehsalat Şirkəti vurulub.

Məlumatda bildirilib ki, Ukraynanın pilotlu hərbi təyyarələrin hazırlanması və istehsalı, “Lyutıy” dronlarının yığılması üçün əsas istehsal bazası olan "Antonov" Dövlət Müəssisəsinə zərbə endirilib.

Eyni zamanda kəşfiyyat və hücum dronları üçün nişangahlar, istiqamətləndirici cihazlar və komponentlər, eləcə də aviasiya, zenit sistemləri və elektron müharibə sistemləri üçün elektronikanı modernləşdirən və istehsal edən Kiyev Radio Zavodu, "Lima" radio elektron mübarizə sistemini istehsal edən “Kiyev-25” zavodu, PUA-ları, döyüş başlıqlarını və sursatları, eləcə də xaricdən idxal olunan komponentlərin saxlandığı "MLP-Çayka" Nəqliyyat və Logistika Mərkəzi də hədəflər arasında olub.

Həmçinin, Kiyev qarnizonuna və döyüş zonasına dizel yanacağı tədarük edən “Kiyev-3” yanacaq və sürtkü yağları anbarı, hərbi obyektləri dəstəkləyən qaz paylayıcı stansiya vurulub.

Rusiya qüvvələri Kiyev, Dnepropetrovsk, Poltava, Çerkasi və Çerniqov vilayətlərindəki hərbi aerodrom infrastrukturuna da zərbələr endirib.

Qeyd olunub ki, bu, Kiyev, Xarkov və Dnepropetrovskdakı müəssisələrə, hərbi aerodromlara hücum edildiyi 15 iyundan bəri Ukraynaya qarşı ilk kütləvi zərbədir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır 14:02 Rusiya Avropadakı bütün nüvə obyektlərini hədəfə aldı - Uzunmənzilli raketlər əmrə hazır 13:58 Paşinyan: "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik" 13:51 Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər 13:43 100 il sonra azərbaycanlılar İraqda hakimiyyətdə 13:32 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Sabah hava necə olacaq? - PROQNOZ 12:44 Onlar da şəhid oldular – Azərbaycan polisi 108 yaşında 12:43 Azərbaycanda büdcə niyə hələ də neftdən asılı qalıb? 12:33 Diqqət! Susuz qalacaqsınız 12:29 Bağçalara uşaqların elektron qəbulu başlanılır 12:25 Aralarında azərbaycanlılarında olduğu şəxslər Gürcüstandan deportasiya olundu 11:59 Kiyevdə matəm elan edildi 11:46 "Arzum" ləqəbli tiktoker məhkəmə zalında həbs edildi 11:34 İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi 11:09 Kiyevə gecə hücumu: Ölənlərin sayı kəskin artdı - VİDEO - YENİLƏNDİ 08:24 Paşinyan Ursula fon der Lyayeni belə qarşıladı - VİDEO 10:57 Təcili əmr verildi: İran "ordusu" ləğv edilir - 30 sentyabra qədər... 10:55 Mundialda növbəti qarşılaşmalar: İspaniya Avstriya ilə, İsveçrə Əlcəzairlə üz-üzə 10:50 Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin dəvət olunmayacaq 10:41 Yəhudilər Azərbaycana görə ayağa qalxdılar: İsrailə savaş elan etdilər 10:34 Rusiya sərhədləri tam bağlayıb milyonluq səfərbərlik edəcək - Bu ölkələrlə razılaşdı 10:30 Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi 10:24 Bütün Xəbərlər