Rusiya ifşa edildi — Xəzəri qurudurmuş
Xəzər dənizinin sürətlə kiçilməsinin əsas səbəbi Rusiyanın həyata keçirdiyi layihələrdir.
TodayPress TV xəbər verir ki, bu məlumat United Nations University (UNU-INWEH) tərəfindən dərc olunmuş yeni araşdırmaya əsaslanır.
Tədqiqat müəllifləri Xəzərə tökülən suyun təxminən 80 faizini təmin edən Volqa çayı üzərində Rusiya tərəfindən reallaşdırılan layihələrin dənizin səviyyəsinin azalmasına əsas təsir göstərdiyini bildiriblər.
Araşdırmada qeyd olunur ki, Volqa çayının axınının dəyişməsi və su ehtiyatlarının idarə olunması ilə bağlı həyata keçirilən layihələr Xəzərin kiçilməsini sürətləndirib.
Tədqiqatçılar hesab edirlər ki, bu prosesdə iqlim dəyişikliyinin rolu mövcud olsa da, onun təsiri Rusiyanın Volqa çayı üzərindəki fəaliyyətindən xeyli azdır.
Qiymət Mahir