Rusiyanın bəzi hava limanlarında yüzlərlə aviareys ləğv edildi

Rusiyanın bəzi hava limanlarında yüzlərlə aviareys ləğv edildi
05.07.2025 22:10 Dünya

Moskvanın hava limanlarında, həmçinin Rusiyanın Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərində uçuşlar ləğv olunur və ya gecikir.

TodayPress TV ”Baza Teleqram" kanalına istinadən verdiyi məlumata görə, təkcə Moskva və Sankt-Peterburqda 100-ə yaxın reys təxirə salınıb, bir neçə yüz uçuşun vaxtı dəyişdirilib. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.

Məlumata görə, ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur, burada 170-dən çox reys gecikir, 50-yə yaxın reys təxirə salınıb. "İndi orada izdiham var: gələn sərnişinlər hələ hava limanını tərk etməyənlərə qarışıb. Hətta kafe və biznes salonlarında belə boş yerlər qalmayıb", - paylaşımda qeyd olunur.

Bildirilir ki, Pulkovoda 30-dan çox reys təxirə salınıb. Cəmi bir neçə dəqiqə əvvəl hava limanı daha bir dron hücumu təhlükəsi ilə əlaqədar fəaliyyəti dayandırıldıqdan sonra açılıb. Bu səbəbdən hələ də Şeremetyevodan Pulkovoya uça bilən təyyarələrdən biri yenidən Moskvaya qayıdır.

Məlumata görə, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdə də gecikmələr var, bəzi reyslər isə ləğv olunub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər