Rusiya ərazisinə kütləvi PUA zərbələri: Ukrayna strateji obyektləri hədəf aldı - VİDEO
Ukrayna Rusiya ərazisinə dron hücumlarını ötən gecə də davam etdirib.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində Tver, Simferapol, Sankt-Peterburqda "Wildberries" logistika komplekslərində güclü yanğınlar başlaylb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov səhər saatlarında Sankt-Peterburqda mülki infrastruktura dron hücumunun nəticələrinin aradan qaldırıldığını elan edib: "Zərbə Moskva şossesindəki mülki infrastruktura dəyib. Fəsadlar hazırda aradan qaldırılır".
Beqlov əlavə edib ki, xüsusi qrup şəhər xidmətlərinin fəaliyyətini əlaqələndirir.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgə üzərində 59 PUA-nın vurulduğunu bildirib.
Wildberries mətbuat xidməti isə bildirib ki, Şuşarı və Utkina Zavoddakı logistika kompleksləri fəaliyyətini dayandırıb. RWB Telegram kanalında dərc olunan açıqlamada deyilir: "Şirkətin Şuşarı və Utkina Zavoddakı (hər ikisi Sankt-Peterburqda) logistika kompleksləri müvəqqəti olaraq fəaliyyətini dayandırıb".
Sosial şəbəkələrdə Wildberries-in 3 anbarından yangınların görüntüləri yayılır.