Rodrigez: "İstənilən “xarici təcavüzkar” müqavimətlə üzləşəcək"

Rodrigez: "İstənilən “xarici təcavüzkar”  müqavimətlə üzləşəcək"
15.04.2026 17:47

Kuba xarici işlər nazirinin müavini Anayansi Rodrigez Kamejo  istənilən “xarici təcavüzkar”ın xalqın müqaviməti ilə üzləşəəyini deyib. 

TodayPress TV xəbər verir ki, o, bunu  Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə deyib.

“Kuba siyasi sisteminin danışıqlar mövzusu olmadığını qəti şəkildə təsdiqləyə bilərəm.  Eyni zamanda nə prezidentin, nə də hər hansı məmurun mövqeyi danışıqlar predmeti deyil”,-nazir müavini deyib. 

Onun sözlərinə görə, Kuba ABŞ ilə dialoqa açıqdır, lakin ölkənin siyasi sistemi və rəhbərliyi ilə bağlı məsələlər müzakirə mövzusu ola bilməz.

Kamejo qeyd edib ki, istənilən “xarici təcavüzkar” Kuba xalqının müqaviməti ilə qarşılaşacaq. Bununla yanaşı, o bildirib ki, Kuba və ABŞ suverenliyə və qarşılıqlı hörmətə əsaslanan “sivil münasibətləri” qoruyub saxlaya bilərlər.
Nazir müavini hüquq-mühafizə orqanları, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə kimi sahələri qeyd edərək, “ABŞ ilə danışıqlarımızda qarşılıqlı maraq doğuran bir çox məsələlər var”,- deyə, əlavə edib.

Qeyd edək ki, aprelin 13-də  ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyət həll edildikdən sonra ABŞ-nin “Kubaya diqqət yetirə biləcəyini” bildirib. Amerika lideri həmçinin dəfələrlə Venesuelanın ABŞ təzyiqi altında adaya neft tədarükünü dayandırmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının çökməyə yaxın olduğunu iddia edib. Fevralın 27-də Ağ Ev rəhbəri ABŞ-nin “Kuba üzərində dostyana nəzarət qura biləcəyini” də söyləyib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Bütün Xəbərlər