PKK-nın tərksilah prosesi 10 günə başlayacaq

PKK-nın tərksilah prosesi 10 günə başlayacaq
02.07.2025 12:26

Türkiyədə terror təşkilatı kimi tanınan PKK-nın ilk 50 nəfərlik döyüşçü qrupu yaxın 10 gün ərzində Şimali İraqın Daquq şəhərində silahı yerə qoyacaq.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK-nın daha əvvəl elan etdiyi özünü buraxma qərarından sonra başlayan tərksilah prosesi sentyabr ayınadək başa çata bilər.

Türkiyə mətbuatının yazdığına görə, bu prosesdə PKK-nın bütün düşərgələri sonradan İraqın mərkəzi hakimiyyətinin nəzarətinə veriləcək.

Silahların təhvil verilməsi mərhələsi Türkiyə, İraq mərkəzi hökuməti və İraq Kürd Muxtariyyət Administrasiyası tərəfindən birgə şəkildə, lakin BMT və digər xarici tərəflərin iştirakı olmadan həyata keçiriləcək.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, PKK-nın tam tərksilahı “yaxın günlərdə” baş tuta bilər:

“Dəqiq tarix demək istəmirəm, amma elə mərhələdəyik ki, bu, hər an baş verə bilər. Bu, Türkiyənin terror təhlükəsindən xilas olması baxımından son dərəcə əhəmiyyətli olacaq”, – deyə o bildirib.

Əldə olunan məlumata görə, ümumilikdə 3.400-ə yaxın PKK üzvü silahdan imtina edəcək. Onlardan təxminən 2.000 nəfərin Türkiyəyə qayıtması, PKK-nın rəhbərliyində olan 250 nəfərə yaxın şəxsin isə İraq və Suriyadan Avropa ölkələrinə və Cənubi Afrikaya keçməsi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir? 20:08 "Neftçi"də daxili transfer: Dayaq nöqtəsi komandada qaldı 19:43 İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır" 19:55 Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı 19:17 İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir 19:26 "Neftçi" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi 19:10 Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək 18:56 Moskva Neft Emalı Zavodu tamamilə çökdü - Ukrayna ordusu təsdiqlədi 18:30 Hörmüz boğazı tamamilə bağlandı? - SEPAH bəyanat yaydı 18:34 ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı 18:40 Bütün Xəbərlər