Pezeşkianın çıxışını kəsdiyi üçün televiziyaya xəbərdarlıq edildi

Pezeşkianın çıxışını kəsdiyi üçün televiziyaya xəbərdarlıq edildi
25.07.2026 16:24

Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib.

TodayPress TV  İRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib.

Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib.

Fatimə Mühacirani İran Radio və Televiziya Şirkətinin yayıma ayrı-seçkilik və senzura ilə yanaşması barədə suala cavab olaraq deyib:

"Təbii ki, yerli media cəmiyyətin bütün səslərini, xüsusilə onun xidmətçilərinin, o cümlədən hökumətin səsini əks etdirməlidir".

Xatırladaq ki, İranı dövlət televiziyasında Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmmədbaqer Qalibafın çıxışlarının bir hissəsi ixtisar edilib.

İran prezidentinin oğlu Yusif Pezeşkian dövlət televiziyasının bu hərəkətini tənqid edərək bildirib ki, ölkəni elə dövlət televiziyasındakı şəxs idarə etsin.

O, sosial şəbəkə hesabında ölkənin yüksək vəzifəli şəxslərinin çıxışlarının dövlət televiziyasında ixtisar edilməsini pisləyib:

"Dövlət televiziyası hakimiyyətin əsas qollarının rəhbərlərinin (red. prezident, parlament sədri və məhkəmə sisteminin rəhbəri) çıxışlarının bəzi hissələrini yayımdan niyə çıxarır? Onların çıxışlarının hansı hissəsinin dövlət televiziyasında verilib-verilməməsinə kim qərar verir?"

Yusif Pezeşkian daha sonra əlavə edib ki, ölkənin belə bir müdrik şəxsi varsa və onun qərarı hakimiyyət qollarının rəhbərlərinin qərarından daha üstündürsə, onda dövlətin idarəçiliyini də ona həvalə olunsun:

"Axı su olduğu halda təyəmmüm (susuz dəstəmaz) batildir".

İranın xarici işlər naziri Abbas Əraqçi də teleradio şirkətindən şikayətlənərək deyib ki, "Fox News", CNN və başqalarına müsahibələrində sərt şəkildə sualları cavablandıraraq mübarizə apardığını söyləyib:

"Elə zənn edirdim ki, axşam dövlət televiziyası bunu yayımlayar, "əhsən, gör xarici işlər nazirimiz necə danışır" deyərlər. Ancaq heç nə olmamış kimi müsahibələrimin heç birini İran Dövlət Televiziyası yayımlamadı" .

XƏBƏR LENTİ
26 IYUL 2026
TƏCİLİ: Əraqçi və Lavrov telefonla danışdı 20:49 Füzulidə keçirilən aerokosmik festival böyük maraqla qarşılandı - FOTOLAR 20:22 “Ukraynanın ərazi bütövlüyünü yalnız biz qoruyurduq” - Putin 20:02 Putin müharibənin məsuliyyətini “öz çiyinlərindən atdı” 19:40 Bakıda temperatur enəcək 19:23 Putin əmr verdi - “Piratlarla belə mübarizə aparın!” 19:01 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah hava… 18:41 İran yalnız bu şərtlərlə razılaşa bilər - AÇIQLANDI 18:17 Xəzərdə vurulan gəmidə nə var idi? - Ukrayna AÇIQLADI 17:58 TƏCİLİ: ABŞ Yaxın Şərqə hərbi texnika göndərir - FOTO 17:36 Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər” 17:11 Gərginlik artır: İran Ukraynanı hədələdi 16:51 Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ 16:33 Ərdoğandan İspaniyaya təcili yardım 16:07 18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar 15:47 Vaşinqtonun addımından sonra Tehran mühüm qərar verdi 15:26 “SVO üçün hər şey” yox oldu – “Wildberries” hərbi məhsulları gizli satır? 15:01 Dəhşətli qəzada xəsarət alanlardan biri vəfat etdi 14:37 Azərbaycanın mövcudluğunun və qalibiyyətininin sirri – Ramiz Yunus yazır… 14:38 Xalq şairinin vəziyyəti ağırlaşdı - TƏCİLİ 14:26 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:08 Ukrayna Tokayevin Putinə dediyi bu sözləri dəstəklədi 13:45 Əhaliyə XƏBƏRDARLIQ edildi: Bu tarixlərdə diqqətli olun! 13:18 ABŞ ordusuna milyardlıq ziyan - İran AÇIQLADI 13:14 Makron: “Belə yanğınlar İkinci Dünya müharibəsindən bəri olmayıb” 12:57 Bütün Xəbərlər