MİQ üzrə test imtahanlarının tarixi açıqlandı

MİQ üzrə test imtahanlarının tarixi açıqlandı
09.07.2026 15:35 Elm və Təhsil

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.

O qeyd edib ki, 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edib: "Bu müddət ərzində 46505 müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651 namizədin ərizəsi qəbul edilib.

Qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyul tarixlərində ödəniş sistemi aktiv olub. Qeyd edim ki, ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq".

N.İsmayılbəyli xatırladıb ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir: "Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.

Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün video təlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılmış, eyni zamanda proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilmişdir".

"Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.

Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. 14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək", - o əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 "Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 20 ildən sonra Fələstinin taleyini dəyişdirəcək qərar açıqlandı 16:49 Bayraktarın Bakı ofisi - Böyük müzakirə doğurdu 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 "Volkswagen" modellərin yarısını ləğv edəcək 16:15 Almaniya Britaniya donanmasına milyonlar ayırdı - Nəyə hazırlaşırlar ? 16:12 Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur 16:04 TƏCİLİ! İran İsraili vuracağını açıqladı 16:02 Rusiyada yanacaq qıtlığının səbəbi açıqlandı - RƏSMİ - FOTO 15:55 Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu 15:51 75 yaşlı baş nazir ayaqda yatmasın deyə yuxu fasiləsi təşkil etdilər 15:48 NATO tədbiri Türkiyənin güc nümayişinə döndü, Avropa ölkələri növbəyə düzüldü 15:46 Hakan Fidandan İsraillə bağlı açıqlama: "Hərbi münaqişə üçün əsas yoxdur" 15:36 Milli Məclisin qərarı yeni suallar yaratdı: Cəzalananları nə gözləyir? 15:33 Çinin maskası düşdü - Rusiya üçün əsgər istehsal edirmiş 15:11 İspaniyadan Trampa cavab: Heç kimin nökəri deyilik 15:02 Netanyahunun oğlu soyadından imtina etdi 14:51 Məşhəddə "Tramp"ı odladılar - VİDEO 14:46 Təyyarəsini dəyişib izini itirdilər - Tramp İranın hədəfindən belə yayındı 14:44 Bütün Xəbərlər