Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO

Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO
18.06.2026 08:44

Ukrayna Silahlı Qüvvələri 18 iyun səhər saatlarında Rusiyanın paytaxtı Moskva və ətrafına növbəti dron hücumu həyata keçirib.

TodayPress TV xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, paytaxt istiqamətində çoxsaylı pilotsuz uçuş aparatları aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Buna baxmayaraq, Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodu yenidən zərbə alıb. Bildirilir ki, bir neçə dron zavodun anbar çənlərinə dəyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın gücü nəticəsində çən qapağının yüzlərlə metr hündürlüyə qalxdığı əks olunub. Hadisədən sonra ərazidə güclü yanğın baş verib.

Moskva meri Sergey Sobyanin obyektə ziyan dəydiyini təsdiqləyib. Bu, iyunun 16-da eyni zavoda edilən hücumdan sonra ikinci belə hadisədir.

Hücum fonunda Moskvanın Vnukovo və Domodedovo da daxil olmaqla bir neçə hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Daha sonra reyslərin bərpa olunduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları hadisə ilə bağlı itkilər barədə məlumat verməyib.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
18 IYUN 2026
Prezident Bakıdan bəyan etdi: Biz o ölkələrə kömək etdik! 09:54 Prezident ölkənin qlobal uğurlarından danışdı 09:52 Prezidentdən dünyaya mesaj: Biz artıq sadəcə regional oyunçu deyilik! 09:34 İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır 09:26 TƏCİLİ! Neft Emalı Zavodunda yanğın başladı 09:23 Prezident: Azərbaycanın sabit, uğurlu inkişafı var 09:21 Moskva vuruldu, azərbaycanlı milyarderin obyektinə zərər dəydi 09:09 İlham Əliyev mühüm tədbirdə çıxış edir - CANLI 09:05 İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar 08:57 Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi? 08:50 Moskva hədəfdə: Dronlar neft zavodunu vurdu - VİDEO 08:44 Zelenski Trampla görüşdü, Rusiya Kiyevi vurdu 08:29 DÇ 2026: Kolumbiya Özbəkistanı məğlub etdi 08:23 Rusiyalı alimlər hepatit B-nin müalicəsi üçün preparat hazırlayırlar 23:27 Yuxusuzluqla mübarizədə təbii və effektiv vasitə 23:25 Dəriniz və dişləriniz risk altındadır: Paslı suyun gözəgörünməz fəsadları 23:24 Nəhəng sövdələşmə: "Pizza Hut" 2.7 milyard dollara satıldı 23:22 Türkiyədə İsa Məsihin saqqalsız təsviri aşkarlandı -FOTO 23:19 Orqanizmdə xroniki iltihabı azaldan məhsullar açıqlandı 23:16 DÇ-2026: İngiltərə Xorvatiya üzərində böyükhesablı qələbə qazandı 02:08 ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı 23:34 Məşhur futbolçu həbs edildi - SƏBƏB 23:37 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 23:38 ABŞ–İran Anlaşma Memorandumunun fotoları yayıldı 00:45 Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü 23:30 Bütün Xəbərlər