Mark Rutte: “Avropanın Rusiya ilə dialoqunu dəstəkləyəcəm”

Mark Rutte: “Avropanın Rusiya ilə dialoqunu dəstəkləyəcəm”
12.02.2026 02:30

“Avropa müttəfiqləri Rusiya ilə dialoqa başlamaq qərarına gəlsələr, bu təşəbbüs də daxil olmaqla, müharibəyə son qoymaq üçün istənilən addımı dəstəkləyəcəm”. 

TodayPress TV xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Mark Rutte deyib. 

O qeyd edib ki, nazirlər 2025-ci il Haaqa Zirvəsində müdafiə xərclərinin artırılması ilə bağlı qəbul edilən qərarların icrasını və Ankarada keçiriləcək növbəti zirvənin hazırlıqlarını müzakirə edəcəklər: 

“Sabah müttəfiqlərin bu qərarları necə həyata keçirdikləri və ümumi təhlükəsizlik sərmayələrimizi on milyardlarla dollar artırmaq üçün hər birinin necə töhfə verdiyi barədə məlumat almağı səbirsizliklə gözləyirəm”. 

Baş katib daha çox müdafiə istehsalına ehtiyac olduğunu vurğulayaraq bunun daha güclü hava hücumundan müdafiə sistemləri, daha çox sursat və Alyans üzrə möhkəmləndirilmiş təchizat zəncirləri demək olduğunu deyib. O əlavə edib ki, yeni texnologiyaların tətbiqi sürətləndirilməli, müdafiə sənayesi daha çevik və effektiv istehsal imkanlarına malik olmalıdır və buna Atlantikanın hər iki sahilində ehtiyac var. 

Rutte həmçinin baş tutacaq görüşdə nazirlərin Kiyevə dəstəyi müzakirə edəcəklərini qeyd edərək, Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın da iclasda iştirak edəcəklərini vurğulayıb. 

Rusiya ilə dialoq məsələsinə münasibət bildirən Rutte deyib ki, müttəfiqlərə tövsiyə vermək onun səlahiyyətində deyil, lakin hər bir müttəfiq dialoqa açıq ola bilər və Fransa kimi addım ata bilər. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
İraq Prezidenti İlham Əliyevi təbrik etdi 19:11 Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi? 18:27 ABŞ səfirliyi bu ölkədə fəaliyyətini bərpa etdi 18:24 Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi 18:17 Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü 18:07 Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik 18:04 Prezident Məhəmməd Baqer Qalibafı qəbul etdi 17:53 Daun sindromu haqqında qısa bələdçi: Əlamətlər və tibbi yanaşma 16:36 DÇ-2026-da III tura start verilir 17:46 "Azəricard" kart hesablarındakı problemlə bağlı açıqlama yaydı 17:34 "Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Bütün Xəbərlər