Makron Ermənistandan Türkiyəyə keçmək istədi, Azərbaycan icazə vermədi

Makron Ermənistandan Türkiyəyə keçmək istədi, Azərbaycan icazə vermədi
06.05.2026 17:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın "AZfront" teleqram kanalı yazıb.

İddiaya görə, mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı.

Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

"Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransız prezidentinin 30 ildən artıq müddətdir bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi üçüncü tərəfin ikitərəfli kommunikasiyaları açmasının misli görünməmiş nümunəsi ola bilərdi.

Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı", - deyə nəşr "Le Journal du Dimanche" qəzetinin "Fransa diplomatiyası Makronun dövründə sürətlə öz əhəmiyyətini itirir" adlı məqaləsini də misal gətirərək yazıb.
XƏBƏR LENTİ
17 IYUN 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Bütün Xəbərlər