Lukaşenko Trampın xahişi ilə 14 məhbusu əfv edib

Lukaşenko Trampın xahişi ilə 14 məhbusu əfv edib
11.09.2025 16:10

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampın xahişi ilə 14 əcnəbi məhbusu əfv edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Pool of the First” Telegram kanalı məlumat yayıb.

Sözügedən bəyanatda deyilir:

“Belarus prezidenti xoşməramlılıq jesti və humanizm prinsiplərinə əsaslanaraq bir sıra xarici vətəndaşları əfv etmək qərarına gəlib”.

Mətbuat xidmətinin məlumatına görə, əfv olunanlar arasında Belarusda casusluqda, ekstremist və terrorçu fəaliyyətdə iştirakda, o cümlədən respublika ərazisində digər cinayətlər törətdiklərinə görə cəza çəkən məhbuslar da var.

Əfv olunanlar arasında altı Litva, iki Latviya, Polşa və Almaniya vətəndaşı, həmçinin bir Fransa və bir Böyük Britaniya vətəndaşı da var.

Daha əvvəl bildirilmişdi ki, Belarus lideri ABŞ administrasiyasının nümayəndəsi Con Koul ilə respublikada məhkum olunmuş bir sıra şəxslərin azadlığa buraxılması üçün “qlobal razılaşma”nın mümkünlüyünü müzakirə edib.

Lukaşenko mövzunun müzakirəsinin əleyhinə olmadığını bildirib, lakin qeyd edib ki, Belarusda mühakimə olunanların hamısı siyasi fəaliyyətə görə deyil, cinayət əməllərinə görə cəzalandırılıb.

Belarus lideri Amerika tərəfinə hər bir iş üzrə ətraflı məlumat verməyi təklif edib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 Bütün Xəbərlər