Kubaya qarşı sərt plan: Əsas gücü sanksiya altına düşdü

Kubaya qarşı sərt plan: Əsas gücü sanksiya altına düşdü
07.05.2026 21:04

ABŞ Kuba iqtisadiyyatının təxminən 40%-nə nəzarət edən “GAESA” konqlomeratına, həmçinin onun rəhbərinə və ada dövlətində nikel hasilatı ilə məşğul olan birgə müəssisəyə qarşı sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.

O dəqiqləşdirib ki, bu məhdudiyyətlər ABŞ Prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış, Kubaya qarşı birtərəfli sanksiyalar rejiminin kəskin sərtləşdirilməsi haqqında fərman əsasında tətbiq olunur. Sənəddə birbaşa qeyd olunub ki, məhdudiyyətlər, o cümədən üçüncü ölkələrə də şamil edilə bilər.

Rubionun yazılı bəyanatında bildirilib ki, sanksiyaların təsir dairəsinin “GAESA” şirkətinə, bu təşkilatın rəhbəri Anya Gilyermina Lastres Moreraya və "MNSA” birgə müəssisəsinə şamil edilməsi barədə qərar qəbul olunub. Sonuncu müəssisə Kanadanın "Sherritt International" şirkəti və Kubanın "La Compania General de Niquel" şirkəti tərəfindən yaradılıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
"Qarabağ"ın potensial rəqibləri bəlli oldu 15:31 Ukrayna tətilə gedən uşaqların avtobusunu vurdu - DƏHŞƏTLİ HADİSƏ 15:31 Tramp İrana bir qəpik də verməyəcək - 300 milyard kimin cibindən çıxacaq? 15:16 Prezident İİB-nin sədrini "Dostluq" ordeni ilə təltif etdi 15:09 DÇ-26: Mundialın növbəti dörd matçı açıqlandı 15:07 ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi 14:57 Milli Məclis yeni qanun layihəsini müzakirə edir 14:41 Ən çox insan Xəzərin bu çimərliklərində boğulur 14:35 1993-cü ildən bəri ilk dəfə, Göyçə gölü o qədər artdı ki, Azərbaycandan göründü 14:32 Magistraturaya qəbulun nəticələri elan olundu 14:32 Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın GÖRÜNTÜLƏRİ 14:22 Azərbaycan Böyük Dəbilqə turnirində 17 cüdoçu ilə təmsil olunacaq 14:16 Bu şəxslər üçün yeni vergi güzəşti tətbiq olunacaq 14:11 Amerika İranı bombalayaraq rejimi xalq inqilabından xilas etdi - Rejim isə Xameneini qurban verərək sağ qaldı 13:46 Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi 13:31 Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO 13:29 Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO 13:26 Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir! 13:21 Məşhur memardan tənqid: "Vandallar Bakını sökür" 13:09 İbrahim Mbaye dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu oldu 13:12 İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu 12:56 12:53 12:45 Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO 12:44 Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir 12:47 Bütün Xəbərlər