Kiyevdən Tehrana təcili zəng: Nələr müzakirə edildi?
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı apardığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Sibiqa bildirib ki, diplomatiya çətin anlarda belə birbaşa dialoqu nəzərdə tutur.
Onun sözlərinə görə, söhbət zamanı əsas məqsədin “lazımsız eskalasiyanın qarşısını almaq” olduğu vurğulanıb.
Sibiqa qeyd edib ki, Ukraynanın bütün addımları yalnız ölkənin Rusiyanın təcavüzündən müdafiəsinə yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı olmayıb.
Nazir İranın son insident zamanı həlak olan vətəndaşı və hücuma məruz qaldığı iddia edilən mülki gəmi ilə bağlı açıqlamalarına da münasibət bildirib.
Sibiqa iddia edib ki, baş verən hadisələrin əsas səbəbi Rusiyanın təcavüzüdür və bütün təxribatlara və itkilərə görə Moskva məsuliyyət daşıyır.
O, həmçinin eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə istənilən dəstəyə son qoymağa çağırıb.
Ukrayna XİN rəhbəri bildirib ki, Kiyevin mövqeyi dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitlik, təhlükəsizlik və sülhə layiqdir.
Kübra Musayeva