KİV: Hindistanla Aİ Tramp və Si Cinpinə qarşı birləşiblər

KİV: Hindistanla Aİ Tramp və Si Cinpinə qarşı birləşiblər
28.01.2026 16:03

Hindistan və Avropa İttifaqı arasında Yeni Dehlidə imzalanan ticarət müqaviləsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu haqda məqalə " Kommersant"da dərc olunub.

“The Economic Times” nəşri yazıb ki, Hindistan–Aİ ticarət sazişi qlobal iqtisadi nizamda ciddi dəyişiklikdən xəbər verir və son dövrlərin ən mühüm iqtisadi hadisələrindən biri hesab olunur. Qəzetə görə, Hindistan ABŞ mərkəzli dövrü əvəz edə biləcək yeni qlobal ticarət modelinin əsas memarlarından birinə çevrilir. ABŞ Prezidentinin tarif siyasətinin yaratdığı geosiyasi qeyri-müəyyənlik şəraitində Hindistan özünü əsas iqtisadiyyatlar üçün etibarlı, praqmatik və getdikcə daha vacib tərəfdaş kimi təqdim edir.

“Politico” yazıb ki, Aİ və Hindistan təxminən 20 ildir ticarət sazişi üzrə danışıqlar aparıb. Lakin yalnız Donald Trampın tətbiq etdiyi tariflərin yaratdığı təzyiq və Çinin ixracda üstün mövqeyi danışıqlarda real irəliləyişə səbəb olub. Brüssel və Yeni Dehli bu razılaşma ilə 2 milyard insanı əhatə edən, qlobal ÜDM-in beşdə birindən çoxunu təşkil edən bazarları qarşılıqlı şəkildə açmış oldular.

“The Wall Street Journal”da bildirilib ki, bu saziş ABŞ-nin ticarət tərəfdaşlarının Amerikadan asılılığı azaltmaq və digər bazarlarla əlaqələri genişləndirmək cəhdlərinin növbəti nümunəsidir. Aİ daha əvvəl Cənubi Amerikanın dörd ölkəsi ilə sərbəst ticarət sazişi imzalayıb, ötən il isə İndoneziya ilə ticarət və investisiya müqaviləsi elan edib. Son bir ildə Böyük Britaniya Hindistanla ticarət sazişi bağlayıb, Cənubi Koreya ilə mövcud razılaşmanı yeniləyib və Aİ ilə ticarət və təhlükəsizlik müqaviləsi imzalayıb.

“The New York Times”da qeyd olunub ki, razılaşma dünyanın ən böyük iqtisadi blokunu və ən sürətlə böyüyən iri iqtisadiyyatlardan biri olan Hindistanı bir araya gətirir. Bu proses ABŞ-nin getdikcə etibarsız iqtisadi tərəfdaş kimi qəbul edildiyi və Çinin qlobal bazarları ucuz məhsullarla doldurduğu bir dövrdə baş verir. Son aylarda daha yüksək tariflər riski artdıqca Hindistan və Avropa üçün bu razılaşmanın əhəmiyyəti daha da artıb.

“Frankfurter Allgemeine Zeitung”a görə isə Avropa İttifaqı Hindistanın Donald Trampdan məyusluğundan istifadə etməyə və Yeni Dehli üçün Putin Rusiyasından daha cəlbedici tərəfdaş olmağa çalışır. Nəşrə görə, Hindistanın strateji baxışı dəyişməkdədir, baxmayaraq ki, bu dəyişiklik Avropa üçün o qədər də kəskin deyil. ABŞ ilə münasibətlərdə yaranan fikir ayrılıqları Hindistanı yeni istiqamətlər axtarmağa vadar edir. Bunun fonunda Hindistanın Rusiya ilə münasibətlərinin, xüsusilə silah tədarükü sahəsində, əhəmiyyəti azalır. Yeni Dehli artıq ABŞ, İsrail, Fransa və digər Avropa ölkələrindən daha çox silah idxal edir ki, bu da Avropa üçün Hindistanı Rusiyadan daha da uzaqlaşdırmaq imkanı yaradır.

Ekspertlər bildirirlər ki, tərəflər bu razılaşmaya nail olmaq üçün uzun müddət çalışıblar və sənəd əsasən Vaşinqtona, qismən isə Pekin və Moskvaya qarşı mövqelərin uzlaşdırılması məqsədi daşıyır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Bütün Xəbərlər