Fransa hökumətinin "Lekornu-2" adlanan tərkibi yeniləndi

Fransa hökumətinin "Lekornu-2" adlanan tərkibi yeniləndi
27.02.2026 08:50 Dünya

Fransa hökumətində bir sıra dəyişikliklər baş verib, Xarici İşlər Nazirliyi (XİN) və güc strukturlarındakı əsas vəzifələr dəyişməz qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Fevralın 25-i mədəniyyət naziri Raşida Datinin martda Paris meri vəzifəsi uğrunda mübarizə aparmaq niyyəti ilə istefaya getdiyinin elan edilməsindən sonra onun yerinə Versal saray kompleksinin keçmiş direktoru Katrin Peqar təyin olunub. Peqar peşəkar karyerasının böyük hissəsini siyasi jurnalistikaya həsr edib, 2007-ci ildən 2011-ci ilə qədər Yelisey sarayında siyasi və mədəni müşavir vəzifəsində çalışıb. 2025-ci ilin sentyabrında yenidən Yelisey sarayına qayıdıb.

Hökumətin hazırkı rəsmi nümayəndəsi Mod Brejon yeni səlahiyyətlər alıb. O, bu vəzifəni energetikaya cavabdeh şəxs postu ilə birləşdirəcək. Fransa hökumətində dövlət hesablarına cavabdeh nazir vəzifəsinə David Amiel təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun Hesablama Palatası sədri vəzifəsinə təyin etdiyi Ameli de Monşalenin yerini tutub.

"Respublikaçılar" Partiyasından olan deputat Jan-Didye Berjer daxili işlər nazirliyində də təmsil olunacaq, onun səlahiyyətlərinin tam siyahısı dəqiqləşdirilməyib. 2024-cü ildə şəhərlərin işləri üzrə dövlət katibi vəzifəsini tutmuş Sabrina Aqresti-Rubaş indi təhsil və peşə hazırlığı məsələləri üzrə nazir vəzifəsini icra edəcək. Həmçinin muxtariyyət və məhdud imkanlı şəxslərə cavabdeh vəzifəsinə Kamiy Qayar-Minye təyin olunub.

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və silahlı qüvvələrin rəhbərləri öz vəzifələrində qalıblar. Bildirilib ki, "Lekornu-2" adlanan hökumətdə kiçik düzəlişlər aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 Bütün Xəbərlər