Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü

Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü
19.08.2026 15:30

Kamerunda qızıl mədəninin uçması nəticəsində 100 nəfər ölüb.

TodayPress TV xəbər verir ki, Kamerunda qızıl hasilatı ilə məşğul olan şaxtanın uçması nəticəsində 100 nəfər həlak olub. Bu barədə "Cameroun24" portalı məlumat yayıb.

Hazırda faciə baş verən ərazidə axtarış-xilasetmə işləri aparılır. Hadisə zamanı şaxtada neçə nəfərin olduğu hələlik dəqiq məlum deyil. Hadisənin səbəbləri barədə də məlumat verilməyib.

Xilasedicilər çətin şəraitdə işləyirlər. Dağıntıların təmizlənməsi əl ilə aparılır. Çünki ağır texnikadan istifadənin hələ dağılmamış şaxta sahələrinin uçmasına səbəb ola biləcəyindən ehtiyat edilir.

Jurnalistlərin məlumatına görə, hadisə Mərkəzi Afrika Respublikası ilə sərhəd yaxınlığındakı qızıl yataqları ilə zəngin ərazidə baş verib.

Bu ilin mayında Çinin şimalında mədəndə baş verən partlayış nəticəsində 90 şaxtaçı həlak olub. Həmin vaxt Çinin Tsin­yuan dairəsindəki “Lyuşenyuy” kömür mədənində qaz partlayışı baş verib. Hadisə zamanı şaxtada 247 işçi olub. Əvvəlcə 50 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı 82-yə çatıb. ÇTK-nın məlumatına görə, 123 nəfər xəstəxanaya yerləşdirilib, 33 nəfər isə tibbi yardımdan imtina edib. Həmçinin 150-dən çox şəxsin yerüstünə çıxarıldığı və dörd ölünün cəsədinin tapıldığı məlum olub.

Bundan əvvəl Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində insanlar 600 metr dərinlikdə bloklanmışdı.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı” 15:33 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Bütün Xəbərlər