İspaniya ABŞ-yə meydan oxuyur

İspaniya ABŞ-yə meydan oxuyur
08.08.2025 11:20

İspaniya ABŞ-nin beşinci nəsil “F-35” döyüş təyyarələrindən imtina edərək, Avropa istehsalı olan alternativlərə üstünlük verib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb. 

Bildirilib ki, İspaniya Müdafiə Nazirliyi Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan “F-35”lərin alınması planlarından rəsmi olaraq imtina etdiyini bəyan edib. 

İspaniya hazırda Avropanın “Eurofighter Typhoon” qırıcılarına əlavə investisiyalar ayırmaqla yanaşı, “Future Combat Air System” (FCAS) adlı yeni nəsil döyüş təyyarəsi proqramında da aktiv iştirak edir. FCAS layihəsi 2040-cı illərə qədər xidmətə verilməsi nəzərdə tutulan yüksək texnologiyalı hava döyüş sistemlərinin hazırlanmasını hədəfləyir. 

İspaniya 2017-ci ildən bəri “F-35A" modellərini Hərbi Hava Qüvvələrinin köhnəlmiş “F-18 Hornet” təyyarələrini əvəzləmək üçün, “F-35B” modellərini isə donanmanın “Harrier 2” aviasiyasının yerini tutmaq üçün nəzərdə tuturdu. 

Lakin son qərarla Madrid Vaşinqtonla danışıqlardan tamamilə çəkilərək öz müdafiə siyasətini Avropa mərkəzli istiqamətə yönəldib. Bu addım, eyni zamanda, Avropanın ABŞ-dən strateji hərbi asılılığını azaltmaq niyyətinin göstəricisi kimi dəyərləndirilir. 

Xatırladaq ki, daha əvvəl İsveçrə də oxşar addımı ataraq, 9 milyard dollarlıq “F-35" alışı planlarının ləğvini gündəmə gətirmişdi. 

Aysel Mətləb

XƏBƏR LENTİ
10 AVQUST 2026
Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir” 23:09 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ 20:32 Rusiya bu ölkələrə hücuma hazırlaşır - TƏCİLİ 22:46 Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Tramp bu ölkələrin adlarını çəkərək İrana çağırış etdi: “Cavab verilməlidir!” 22:17 "Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü! 21:52 Sülhün birinci ildönümündə Tramp üçün tarixi təklif - BİRGƏ BƏYANAT 22:01 Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu! 21:41 Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu 3 küçəsində hərəkət BAĞLANIR 21:35 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı 21:05 İran və Oman Hörmüz boğazında təhlükəsiz keçidi müzakirə edir 20:57 Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu 20:40 Zəlzələdən sonra Kolumbiyada sunami təhlükəsi var? 20:20 Namik Ələskərov yenidən "Kəpəz"də! 20:09 Yasamalda yanğın baş verdi 20:02 Ərdoğan: Türkiyə və Avstriya arasında əməkdaşlıq üçün böyük potensial var 19:49 İranda boş qalan postlar dolduruldu - SİYAHI 19:26 İsrail qüvvələri Livanın cənubunda partlayışlar törədir 19:36 Hörmüz boğazında gəmi hərəkəti kəskin AZALDI 19:18 Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır 19:10 Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir? 19:02 Bütün Xəbərlər