İranın Hörmüz boğazının açılması üçün şərtləri

İranın Hörmüz boğazının açılması üçün şərtləri
14.03.2026 11:32

İran Hörmüz boğazında ödənişin Çin yuanı ilə həyata keçirilməsi şərtilə neftin nəqlinə icazə verməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Telekanal qeyd edir ki, bu addım İranın dünyanın əsas neft arteriyası üzərində nəzarəti ələ keçirmək üçün yeni planının bir hissəsidir.

Tehran bu qərarı boğazdan neft tankerlərinin axınını tənzimləmək üçün planlaşdırır.

Hazırda beynəlxalq bazarlarda neft ticarəti əsasən ABŞ dolları ilə aparılır, yeganə istisna Rusiya neftidir ki, burada ticarət rubl və ya yuanla həyata keçirilir.

ABŞ və İsrailin 28 fevraldan etibarən İrana qarşı hava hücumları başlamasından sonra Hörmüz boğazından neftin nəqli demək olar ki, tam dayanıb. 4 martda Tehran boğazın bağlandığını rəsmi şəkildə elan edib.

Qeyd olunur ki, Yaxın Şərqdəki gərginlikdən əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barel neft keçirdi ki, bu da qlobal ixracatın 20-25%-ni təşkil edirdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Çində güclü zəlzələ baş verdi 10:07 BMT: 2025-ci ildə 907 yardım əməkdaşı zərər çəkib 09:43 Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox 09:36 Neftin qiyməti artdı 09:32 “Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq 09:29 “Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər 09:16 Yaponiya hipersəs raketlərinə keçir 09:21 Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır 09:09 Partnyorla çox vaxt keçirmək istəyinin arxasında nə dayanır? 09:03 Tramp Kanada tariflərini 3 gün dayandırdı 08:57 DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI 08:39 Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır! 08:35 ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Bütün Xəbərlər