İran BMT-yə məktub göndərdi: Hücumlar dayanana qədər…

İran BMT-yə məktub göndərdi: Hücumlar dayanana qədər…
28.02.2026 22:47

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı məktub ünvanlayıb.

İranın Azərbaycandakı Səfirliyindən TodayPress TV-yə verilən məlumata görə, məktubda deyilir:

“İran İslam Respublikası təcavüz tam və qeyd-şərtsiz şəkildə dayandırılanadək özünün qanuni və legitim özünümüdafiə hüququnun qətiyyətli və dərhal icrasını davam etdirəcəkdir. ABŞ və İsrail tərəfindən həyata keçirilmiş hava hücumları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması olmaqla yanaşı, İran İslam Respublikasına qarşı aşkar silahlı hücum aktı hesab olunur.

İran İslam Respublikası bu hücumlara cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünün təbii və legitim özünümüdafiə hüququnu həyata keçirməkdədir.

İran İslam Respublikasının Silahlı Qüvvələri bu cinayət xarakterli hücumun qarşısını almaq, eləcə də düşmənçilik niyyətli hərəkətlərə qarşı effektiv çəkindirməni təmin etmək məqsədilə bütün zəruri müdafiə imkan və potensiallarını səfərbər edəcəkdir.

Bu çərçivədə regionda yerləşən bu qüvvələrə məxsus bazalar, obyektlər və aktivlər İranın özünümüdafiə hüququnun icrası kontekstində legitim hərbi hədəflər hesab ediləcək və hücum tam və qeyd-şərtsiz şəkildə dayandırılanadək İran İslam Respublikası özünümüdafiə hüququnun qətiyyətli və fasiləsiz icrasını davam etdirəcəkdir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 AVQUST 2026
Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 Bütün Xəbərlər