İordaniyadakı ABŞ aviabazasında dəhşətli saatlar: İran raketləri yaşayış blokuna düşdü

İordaniyadakı ABŞ aviabazasında dəhşətli saatlar: İran raketləri yaşayış blokuna düşdü
21.07.2026 09:15

İki amerikalı hərbi qulluqçunun həlak olması ilə nəticələnən İranın İordaniyadakı aviabazaya endirdiyi raket zərbəsi idman zalına, təyyarə anqarına və əsgərlərin yatdığı yaşayış blokuna düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, birinci raket bazanın trenajor zalını vurub. Hərbi qulluqçuların bunkerlərdə gizlənməsinə imkan verən sirenin vaxtında işə düşməsinə baxmayaraq, bir neçə nəfər yaralanıb.

Bir neçə saat sonra ikinci raket boş təyyarə anqarına düşüb. Üçüncü zərbə yaşayış blokuna dəyib. Xəbərdarlıq sistemi yenidən işə düşsə də, hərbi qulluqçuların hamısı sığınacaqlara çata bilməyib.

Pentaqon Havaydan olan leytenantın və Texasdan olan sıravinin həlak olduğunu təsdiqləyib. Daha bir hərbi qulluqçu itkin düşmüş hesab olunur. WSJ-nin məlumatına görə, hərbi qulluqçuların binanın daxilində, yoxsa sığınacağa gedən yolda həlak olduğu hələlik aydın deyil.

Qəzetin bildirdiyinə görə, üç raketin hava hücumundan müdafiə vasitələrindən keçə bilməsi faktı regionda yerləşdirilmiş təxminən 50 min hərbi qulluqçunun müdafiəsi ilə bağlı problemlərdən xəbər verə bilər.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hərbi qulluqçuların iyulun 17-də İranın hava hücumunu dəf edərkən həlak olduğunu bildirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? 16:48 Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Hikmət Hacıyev Tural Sadıqlını biabır etdi : Vətənə xəyanət edən insanlara yazığım gəlir - VİDEO 16:31 Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General 16:23 İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət etdi 16:21 Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir 16:18 Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur 16:14 Prezident mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxundu 16:09 Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA 16:02 Almaniya - Rusiya cəbhəsində sürpriz güc: Berlin Bakıdan dəstək alacaq 15:52 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu 15:47 Bu qədər savaş, itki və ... — İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA 15:40 TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır 15:34 Yeni deportasiya əsasları təsdiqləndi: Əmrə tabe olmayan miqrantlar... 15:12 Klinika rəhbəri “Baku TV” əməkdaşlarına hücum etdi - VİDEO 15:06 İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək? 15:03 İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirildi - YENİLƏNDİ 14:27 “İmişli” “Qarabağ”ı darmadağın etdi 15:00 Kəlbəcərdə mina hadisəsi baş verdi 14:53 İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma 14:32 Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirildi - VİDEO 14:27 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 13:02 Xəstəxananın zirzəmisində ölü döl tapılması barədə məlumatlar araşdırılır - YENİLƏNDİ 14:11 Bütün Xəbərlər