Honkonqda yanğında ölənlərin sayı 146 nəfərə çatdı

Honkonqda yanğında ölənlərin sayı 146 nəfərə çatdı
30.11.2025 15:57

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" agentliyi şəhərin polis idarəsinə istinadla məlumat yayıb.

Bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunub ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.

Xatırladaq ki, noyabrın 26-da günortadan sonra Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Bütün Xəbərlər