Hindistan BMT-nin təyyarə qəzasi üzrə müşahidəçi təklifini rədd etdi

Hindistan BMT-nin təyyarə qəzasi üzrə müşahidəçi təklifini rədd etdi
27.06.2025 12:20

Hindistan hakimiyyəti BMT-nin rəsmi nümayəndəsinə 12 iyun tarixində Əhmədabadda baş verən "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzası ilə bağlı aparılan araşdırmalarda müşahidəçi statusu verilməsi təklifini rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Rəsmi rədd cavabı beynəlxalq ekspertlərin Hindistanın istintaq orqanları və Mülki Aviasiya Nazirliyi tərəfindən “qara qutular”ın təhlilində lənglik nümayiş etdirməsinə yönəlmiş tənqidlərinin fonunda verilib. Bildirilir ki, Hindistan müstəntiqləri qəzanın baş verməsindən yalnız iki həftə sonra qara qutulardakı məlumatları çıxarıb. Halbuki beynəlxalq normalara əsasən, bu proses dərhal həyata keçirilməli və toplanan məlumatlar gələcək aviasiya qəzalarının qarşısının alınması üçün istifadə olunmalıdır.

Qeyd edək ki, BMT-nin təmsilçiləri indiyədək yalnız aidiyyəti ölkələrin dəvəti ilə iri miqyaslı təyyarə qəzalarının araşdırılmasında iştirak ediblər. Bu dəfə isə BMT ilk dəfə olaraq belə bir təşəbbüslə özü çıxış edib.

Qeyd edək ki, 26 iyun tarixində Hindistanın Aviasiya Qəzalarını Araşdırma Agentliyi (AAIB) qəzaya uğrayan "Boeing 787-8" təyyarəsinin iki qara qutusundan məlumatların çıxarıldığını açıqlayıb. Mülki Aviasiya Nazirliyi bildirib ki, hazırda həmin məlumatların təhlili aparılır və məqsəd qəzanın səbəblərini müəyyənləşdirmək üçün hadisələrin ardıcıllığını bərpa etməkdir.

Əvvəllər qara qutuların təhlili üçün ABŞ-yə göndərilməsi məsələsi gündəmdə olsa da, buna ehtiyac qalmayıb. İlkin araşdırma hesabatının təyyarə qəzasından təxminən 30 gün sonra açıqlanması gözlənilir.

Xatırladaq ki, həmin qəza nəticəsində 275 nəfər həlak olub. 

Töhfə Səməd

XƏBƏR LENTİ
09 AVQUST 2026
Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Luara... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Bütün Xəbərlər