Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir?

Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir?
01.07.2026 11:06

“Azərbaycan çox əhəmiyyətli bir dövlətdir. Azərbaycan və Türkiyə iki dövlət, bir millət deyil; Şuşa protokolundan sonra biz bir dövlət, bir millət, bir ordu olduq. Azərbaycan biz deməkdir, Türkiyə isə Azərbaycan”.

TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.

C.Yaycı bildirib ki, Azərbaycanın artan strateji əhəmiyyəti, İran sərhədi yaxınlığında PJAK fəaliyyəti, Cənubi Azərbaycanda baş verən proseslər və Zəngəzur dəhlizi ətrafında artan rəqabətin Qafqazın qarşıdakı dövrdə daha çox gündəmə gələcəyini ortaya qoyur:

“Mən dedim ki, onlar Azərbaycanı bu işə cəlb etmək istəyirlər. Dedim ki, mütləq Azərbaycana hücum olacaq və hücum baş verdi (Naxçıvana dron zərbəsi, -red). Dedim ki, bu hücumu İran yox, İranın daxilindəki sionist agentlər, İsrailin agentləri həyata keçirəcək. Çünki İranda idarəetmə zənciri qopub. Kimin nə etdiyi bəlli deyil. Biz dedik ki, İrandan Azərbaycana hücum olacaq və bu hücumla Azərbaycan İrana hücum etməyə təhrik ediləcək”.


Ekspert Şimali İraqdakı proseslər, Böyük Yaxın Şərq Layihəsi (BOP) ətrafında müzakirələr, İsrailin regional strategiyası və NATO-nun Yaxın Şərqdə yarada biləcəyi yeni təhlükəsizlik strukturu kimi vacib geosiyasi məsələlərə diqqət çəkib. Ankarada keçiriləcək NATO Zirvəsi haqda maraqlı proqnoz irəli sürüb. Yaycının sözlərinə görə, “NATO-Yaxın Şərq” yaranacaq və Türkiyə burada tramplin kimi istifadə olunacaq:

“Zirvədəki ən önəmli məsələ Türkiyənin cənub və şərqindəki proseslərin NATO çətiri altına alınması olacaq. Bu, Türkiyə üçün çox təhlükəli bir vəziyyətdir. O deməkdir ki, İraqda, Suriyada, Livanda, Fələstində və İranda hansı proseslər baş verirsə versin, NATO-nun müdaxiləsi Türkiyədən istifadə edilməklə həyata keçiriləcək. Buraya çoxlu hava hücumundan müdafiə sistemləri gətiriblər. Yunanıstan onları Birləşmiş Ərəb Əmirliklərinə göndərib. Nəyəsə hazırlaşırlar. O zaman Türkiyənin qonşuları ilə münasibətləri necə olacaq? Oradakı hökumətlər dəyişəcək, amma xalqları bunu tarix boyu unudacaqmı? Türkiyəni riskli vəziyyətə sürükləyirlər. Kipr və Yaxın Şərqi NATO çətiri altına almaq, Türkiyənin əl-ayağını bağlamaq və eyni zamanda onu qonşuları ilə oda atmaq deməkdir”.

TodayPress TV

FOTOLAR

Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi 11:48 Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək 11:42 SON DƏQİQƏ! Çində güclü zəlzələ oldu 11:38 Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi 11:31 İlham Əliyev Somali Prezidentini təbrik etdi 11:28 Pekin böyük müharibəyə hazırlaşır? Rus və çinli hərbçilər gizli şəkildə... 11:21 Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? 11:05 Azərbaycanın neft gəlirləri azalmağa davam edir - SON RƏQƏMLƏR 10:55 İyulun 2-də Yer kürəsini qara bulud bürüyəcək – Saatı belə açıqlandı 10:48 Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR 10:40 Rusiya mülki əhaliyə qarşı dron hücumlarını davam etdirir - ÖLƏNLƏR VAR 10:32 Qlobal enerji birjalarında ucuzlaşma dalğası davam edir 10:20 Leyla Əliyeva Şəkidə - FOTO 10:10 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırıldı 09:56 Neft birjasında cüzi ucuzlaşma oldu 09:51 "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək 09:48 Nazarbayev dövrü basdırılır! Tokayev ölkəni yenidən qurur 09:38 Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir? – Vacib yenilik 09:33 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO 09:28 Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu: Xəsarət alan var - VİDEO 09:17 Bu iki ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək 09:12 Fransa millisi 1/8 final mərhələsinə yüksəldi 08:50 Bütün Xəbərlər