Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi

Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi
19.06.2026 20:55

Türkiyədə İYİ Partiyanın Mersin millət vəkili Burhanettin Kocamaz telefonla özünü polis kimi təqdim edən fırıldaqçıların qurbanı olub. 

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində ona məxsus böyük məbləğdə pul və qiymətli əşyalar ələ keçirilib.

Məlumata görə, 14 iyunda Kocamaz ilə əlaqə saxlayan şəxs özünü “Mersin Terrorla Mübarizə Şöbəsinin (TEM) müdiri” kimi təqdim edib. Saxta polis millət vəkilinə FETÖ-yə qarşı aparılan əməliyyat zamanı onun kimlik məlumatlarının ələ keçirildiyini, istintaqa yardım üçün isə pul və qızılların yoxlanılmaq məqsədilə təhvil verilməli olduğunu deyib.

Aldadılan Kocamaz 16 iyunda göstərilən bank hesabına 2 milyon 375 min lirə köçürüb. Daha sonra təxminən 10 kiloqram qızıl və ziynət əşyası, 68 min dollar və 1900 avronu Ankara – Başkənt Universiteti yaxınlığında əlbəəl təhvil verib.

Sonradan vəziyyətdən şübhələnən millət vəkili Ankara Polis İdarəsinə müraciət edib. Araşdırma nəticəsində şübhəli İstanbulda taksidə qızıl və pullarla birlikdə saxlanılıb.

Kocamaz ifadəsində bildirib ki, onu inandırmaq üçün “əməliyyat”, “laboratoriya yoxlaması” və “FETÖ bağlantısı” kimi saxta iddialardan istifadə olunub.

Xanım Musayeva

XƏBƏR LENTİ
19 IYUN 2026
Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxdı 22:06 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Bütün Xəbərlər