Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO

Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO
17.06.2026 13:26

Sosial medianın Türkiyə seqmentində Ermənistan Baş naziri Nikol Paşinyanın bir çıxışı gündəm olub.

TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərdə Paşinyan türklər haqda danışır.

“Mənə “türk” deyə qışqırırlar. Amma bunu təhqir kimi qəbul etmirəm. Biz min illərdir türklərlə eyni coğrafiyada birlikdə yaşayırıq. Mədəniyyətlərimiz bir çox oxşarlıqları paylaşır. Buna görə də, məni türk adlandıranda əsəbiləşmirəm. Bunu deyənlər özlərinə, keçmişlərinə baxmalıdırlar”, – deyə Nikol çıxışında vurğulayır.

Qeyd edilən görüntülər türkiyəli səyyah və kontent istehsalçısı Emre Zeybekin Ermənistandan yaydığı videodan sonra yenidən gündəmə gətirilib.

Həmin kadrlarda erməni uşağın səyyahın türk olduğunu bilib yerə tüpürməsi müzakirələrə səbəb olub.

E.Zeybek Ermənistan səfəri ilə bağlı paylaşımında bunları qeyd edib:

“Bu ölkəyə müəyyən ön mühakimələrlə gəlmişdim və təəssüf ki, oranı tərk edərkən həmin fikirlərim dəyişməmiş qaldı. Səyahətim boyunca insanlara hər zaman gülərüzlə yanaşdım, heç bir təhrikedici davranış sərgiləmədim. Lakin əyləşdiyim restoranların əməkdaşlarından tutmuş küçədə qarşılaşdığım insanlara qədər, 7-dən 70-ə hər kəsdən oxşar münasibət gördüm.

Əlbəttə, hər cəmiyyətdə istisnalar olur. Ancaq bu səfər ərzində fərqli bir təcrübə yaşamaq imkanım olmadı. Düşünürəm ki, Ermənistanda nifrət hisslərini aşılayan bütün amillər məktəblərdən təmizlənməlidir. Bu paylaşım bütöv bir xalq haqqında deyil, yalnız öz səyahətim zamanı əldə etdiyim şəxsi müşahidələri və təcrübələri əks etdirir”.

Məhz Emre Zeybekin paylaşımından sonra Nikol Paşinyanın türklərlə bağlı fikri tirajlanmağa başlayıb. 

Həmin videonu təqdim edirik:


XƏBƏR LENTİ
17 AVQUST 2026
Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Bütün Xəbərlər