Dünyada ilk dəfə "Ebola" virusunun bu ştammına qarşı peyvənd sınaqları başladı

Dünyada ilk dəfə "Ebola" virusunun bu ştammına qarşı peyvənd sınaqları başladı
14.07.2026 08:31

Afrikada yayılan "Bundibugyo" ştammına qarşı hazırlanmış "Ebola" peyvəndinin ilk klinik sınaqlarına start verilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, sınaqların birinci mərhələsində 50 sağlam könüllü iştirak edəcək. Tədqiqat zamanı peyvəndin təhlükəsizliyi və orqanizmdə yaratdığı immun cavab qiymətləndiriləcək.

Məlumata əsasən, Hindistan Serum İnstitutu peyvəndin sonrakı mərhələlərdə sınaqdan keçirilməsi və effektivliyi təsdiqlənərsə, təcili istifadə üçün artıq 620 min doza eksperimental peyvənd istehsal edib. Birinci mərhələ üçün isə 4 min doza hazırlanıb.

Bildirilir ki, "COVID-19" peyvəndlərində istifadə olunan texnologiyaya bənzər şəkildə, "Bundibugyo" ştammına qarşı hazırlanan peyvənd də şimpanze adenovirusu platforması əsasında hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada yayılan Bundibugyo ştammı ilə bağlı "Ebola" epidemiyasını qlobal səhiyyə fövqəladə vəziyyəti elan edib. Hazırda bu ştamma qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə mövcud deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək 10:31 Paşinyan dağlara çəkildi: Qərb Rusiyanın Ermənistana hücumu barədə xəbər yaydı 10:20 İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü oldu 10:24 Gəncə və Bərdə terrorunu dünyaya sübut edən Hikmət Hacıyevi niyə hədəfə qoyurlar? 10:20 Prezident Slovakiya liderini Şuşada qarşıladı 10:08 Azərbaycan Ermənistana qarşı ikinci dövlətlərarası şikayət göndərib 10:02 Hikmət Hacıyev süni intellektin önəmindən danışdı 10:03 Azərbaycan dezinformasiya hücumlarına məruz qalır - Hikmət Hacıyev 09:55 Azərbaycan nefti yüksəlməyə davam edir: Bir günə... 09:58 TNS "Sabah" ilə üz-üzə gələcək 09:23 Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq 08:51 ABŞ İrana yeni zərbələr endirdi 08:46 Dünyada ilk dəfə "Ebola" virusunun bu ştammına qarşı peyvənd sınaqları başladı 08:31 Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi 08:16 Tramp xalqa müraciət edəcək 08:08 194 yaşlı tısbağa dünya rekorduna imza atdı 02:03 Günorta yatmaq tənbəllik deyilmiş: Beyin üçün faydası açıqlandı 01:55 Püstə, yoxsa fıstıq? Hansı daha faydalıdır? 01:44 Qəhvəni belə içmək daha faydalıdır 01:33 Qazlı içkilərlə bağlı alimlərdən XƏBƏRDARLIQ 01:27 İnternet niyə zəif işləyir? Bu sadə səhvi çoxları edir 01:12 “Telegram”da problem yaşandı 01:03 İranın Konarak şəhəri yaxınlığına raketlər atılır 01:23 ABŞ İsfahana və Kiş adasına zərbələr endirir 01:19 İran ABŞ hədəflərinə zərbə endirir - TƏCİLİ 01:06 Bütün Xəbərlər