Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi

Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi
14.07.2026 08:16 Dünya

Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən "Qazpromneftekhim Salavat" neft emalı zavoduna dron hücumu həyata keçirilib.

TodayPress TV xəbər verir ki, "BBC" Rus Xidmətinin məlumatına görə, yerli sakinlər zavod ərazisində bir neçə partlayış səsi eşitdiklərini, daha sonra isə yanğın başladığını bildiriblər.

"Qazpromneftekhim Salavat" Rusiyanın ən iri neft-kimya komplekslərindən biridir. "The Moscow Times"ın məlumatına əsasən, müəssisə 2024-cü ildə 7,2 milyon ton xam neft emal edib ki, bu da ölkənin ümumi neft emalı gücünün təxminən 2,7 faizini təşkil edir.

Məlumata görə, zavod daha əvvəl də Ukrayna dronlarının hədəfi olub. Həmin hücumlar zamanı ilkin emal bölməsində yanğın baş verdiyi bildirilsə də, Başqırdıstanın rəhbəri Radiy Xabirov müəssisənin fəaliyyətini normal davam etdirdiyini açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
TNS "Sabah" ilə üz-üzə gələcək 09:23 Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq 08:51 ABŞ İrana yeni zərbələr endirdi 08:46 Dünyada ilk dəfə "Ebola" virusunun bu ştammına qarşı peyvənd sınaqları başladı 08:31 Ukrayna dronları Rusiyanın iri neft emalı zavoduna hücum etdi 08:16 Tramp xalqa müraciət edəcək 08:08 194 yaşlı tısbağa dünya rekorduna imza atdı 02:03 Günorta yatmaq tənbəllik deyilmiş: Beyin üçün faydası açıqlandı 01:55 Püstə, yoxsa fıstıq? Hansı daha faydalıdır? 01:44 Qəhvəni belə içmək daha faydalıdır 01:33 Qazlı içkilərlə bağlı alimlərdən XƏBƏRDARLIQ 01:27 İnternet niyə zəif işləyir? Bu sadə səhvi çoxları edir 01:12 “Telegram”da problem yaşandı 01:03 İranın Konarak şəhəri yaxınlığına raketlər atılır 01:23 ABŞ İsfahana və Kiş adasına zərbələr endirir 01:19 İran ABŞ hədəflərinə zərbə endirir - TƏCİLİ 01:06 Tramp: “İran rejiminin təxminən 25 faizini məhv etdik” 00:59 Tramp İran rəhbərliyini “dəli” adlandırdı 00:54 Tramp: “ABŞ bu gecə İrana güclü zərbə endirəcək” 00:47 Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi 00:40 Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür 00:13 Ukrayna Donetskdə Rusiyanın sursat anbarını vurdu - VİDEO 23:46 ABŞ İranın cənubuna zərbələr endirir - VİDEO 23:41 İran ABŞ müşayiətində olan gəmilərə zərbə endirdi 23:37 ABŞ İrana zərbələr endirir - TƏCİLİ 23:27 Bütün Xəbərlər