Britaniyada ağır dəmiryolu qəzası: Ölən və yaralanlar var

Britaniyada ağır dəmiryolu qəzası: Ölən və yaralanlar var
20.06.2026 09:40

Böyük Britaniyada Londondan təxminən 100 kilometr şimalda iki sərnişin qatarının toqquşması nəticəsində maşinist həlak olub, 89 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Hadisə dünən yerli vaxtla saat 17:15 radələrində Bedford şəhərinin cənubundakı dəmir yolu xəttində baş verib. Toqquşan hər iki qatar "East Midlands Railway" şirkətinə məxsus olub və Londonun Sent-Pankras vağzalından yola düşüb.

Sosial şəbəkələrdə sərnişinlərdən biri tərəfindən yayımlanan görüntülərdən məlum olur ki, bir qatarın ön hissəsi digər qatarın arxa hissəsinə çırpılıb. Hadisə yerindən yayılan fotolarda isə ən azı bir vaqonun relsdən çıxdığı görünür.

Böyük Britaniyanın Baş naziri Kir Starmer hadisə ilə bağlı yaydığı bəyanatda həlak olan şəxsin ailəsinə və ağır yaralananlara başsağlığı verib.

Şərqi İngiltərə Təcili Tibbi Yardım Xidməti hadisə yerinə geniş qüvvələrin cəlb olunduğunu açıqlayıb. Əraziyə 20-dən çox təcili yardım avtomobili və altı tibbi helikopter göndərilib.

Məlumata görə, bir nəfər hadisə yerində ölüb, 11 nəfər çox ağır, 22 nəfər ağır, 56 nəfər isə yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Bütün Xəbərlər