Britaniya Ukraynaya 27 milyon dollar ayırır

Britaniya Ukraynaya 27 milyon dollar ayırır
16.01.2026 16:48

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Ukraynada enerji infrastrukturu obyektlərinin təmiri üçün 20 milyon funt sterlinq (27 milyon dollar) maliyyə vəsaiti ayıracağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, bu vəsait enerji istehsalının təmiri, bərpası və qorunmasına yönəldiləcək. Məqsəd qış aylarında evlərin, xəstəxanaların və məktəblərin elektrik enerjisi və istiliklə təmin olunmasıdır.

Qeyd olunub ki, bu məbləğlə birlikdə Böyük Britaniyanın 2022-ci ildən bəri Ukraynanın enerji sisteminə ayırdığı ümumi yardım 470 milyon funt sterlinqə (630 milyon dollar) çatıb.

Ukraynanın Energetika Naziri Denis Şmıqalın sözlərinə görə, ölkə 2022-ci ilin fevralından bu yana minlərlə meqavat elektrik enerjisi gücünü itirib. O bildirib ki, bu dövrdə ölkədəki bütün elektrik stansiyaları zədələnib və enerji sektorunda fövqəladə vəziyyət elan olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bu rayonda qaz OLMAYACAQ 20:12 ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı 21:04 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ 20:19 Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI 21:02 ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir 20:58 İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovla danışdı 20:54 Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı 20:44 Fransanın enerji nəhəngi iki atom reaktorunu dayandırdı - Səbəb... 19:53 Abituriyentləri narahat edən təklif: Haqqını tələb etmək ödənişli olacaq? 20:30 "Qarabağ" onunla müqavilə imzaladı 20:16 Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi 20:25 Ermənistan parlamentində dəyişiklik - Yeni sədr kim olacaq? 19:44 Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü 20:07 Muxtar Babayev Antonio Quterreş ilə görüşüb 19:46 Litva-Belarus sərhədi yaxınlığında uçuşlar bu tarixə qədər bağlandı 19:34 Roma: Bazalarımızın İrana qarşı istifadə olunmasına icazə verməmişik 19:29 Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır 19:03 İsrailin özünümüdafiə hüququ var - Vens 19:01 Qaqik Tsarukyanın toxunulmazlığı ləğv edilir? 18:41 Venesuela Azərbaycana təşəkkür etdi 18:19 "Səbail" öz yetirməsini geri qaytardı 18:11 CZ 805 BREN: Müasir modulyar silahların etibarlı nümayəndəsi 18:08 Parlamentin qarşısında oturub üsyan edəcəklər - 40 deputat rəhbərə qarşı birləşdi 18:08 Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq 17:50 Aralıq dənizi qarışdı, Rusiyanın gizli neft tankeri ələ keçirildi 17:48 Bütün Xəbərlər